MANŞETÜSTÜ

HƏSƏN İSAYEV GƏRGİN ƏMƏK SAYƏSİNDƏ(FOTO)

GƏRGİN ƏMƏK SAYƏSİNDƏ

“İnsan ömrü onun gördüyü işlərlə ölçülür. Alnı açıq, başı dik yaşamaq və yaşadığın ömrə sığdırdığın xeyirxah işlər insana ikinci həyat, ikinci ömür qazandırır. Hər bir xeyirxah əməl unudulmur və insanların yaddaşında silinməz iz qoyur” – Zərdab Rayon Polis Şöbəsinin Veteranların Şurasının sədri Həsən İsayev söhbətə nəsihətamiz fikirlərlə başladı. O, 30 illik peşə fəaliyyətində ötüb-keçənləri yada saldı, xatirələri bölüşdü.
Fakttv.com Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə istinadən xəbər verir ki,Həsən İsayev 1947-cı ildə Zərdab şəhərində doğulub. Orta məktəbi bitirib, daha sonra Moskva vilayətinin Zaqorsk şəhərində hərbi xidmətə yollanıb. Hərbi xidmətdə olduğu müddətdə hissə komandiri tərəfindən mükafatlandırılıb və valideynlərinə təşəkkür məktubu göndərilib. Hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra daxili işlər orqanlarında fəaliyyətə başlayıb. Daha sonra polis zabiti olmaq üçün Bakı Orta Xüsusi Milis məktəbinə qəbul olunub. Milis məktəbini bitirdikdən sonra Zərdaba təyinat alıb. 1999-cü ildə təqaüdə çıxanadək burada sahə müvəkkili kimi çalışıb. O, cinayətlərin açılmasında yaxından iştirak edib, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmətlər göstərib, müxtəlif mükafatlarla təltif olunub.
H. İsayev 2013 cü-ildə Veteranlar Şurasının sədri seçilib. Onun veteranlarla birgə gördüyü işlər gənc əməkdaşların da diqqətini cəlb edir. 30 illik gərgin əmək sayəsində qazanılan bilgilər gənclərin formalaşmasında mühüm rol oynayır. Gənc polis əməkdaşları bu bilgilərin mayakında öz peşə fəaliyyətinə işıq tutur, cinayətkarlığa qarşı mübarizədə zəruri olan məntiqi fikir zənginliyinə zəmin yaradır. Təsadüfi deyil ki, 2017-ci ildə veteran hərəkatında fəallığına və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı tərəfindən “Fəxri Fərman”-la təltif olunub.

Aslan Qiyaslı
polis leytenantı

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adlı şəxsin şəkli.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adlı şəxsin şəkli.
Fakttv.com Coşqun Abdullayev

Comment here