Manşet

HƏSƏN BƏY ZƏRDABİDƏN YADİGAR QALAN KASALAR

Yəqin sizlər üçün də maraqlı olar ki, şəkildə gördüyünüz bu kasaları Həsən bəy Zərdabi özü Ağcabədi bazarından alıb və Zərdabın Qoruqbağı kəndindən olan bir həmyerlimizin qızına hədiyyə edib.
Əhvalat belə olub:
Həsən bəy Zərdabi 1880-ci illərdə öz doğma Zərdab kəndində sürgün həyatı yaşayanda Hacı Qarası ilə də məşhur olan Ağcabədi bazarına da hərdənbir gedib evi üçün lazımi şeylər alırmış. Hər dəfə də Kür çayından qayıqla keçən Həsən bəy növbəti dəfə qayıqla Qarabağ sahilinə üzəndə qayıq sahibi onu tanıyır və Zərdabi nə qədər təkid eləsə də kişi qayıq haqqı heç nə almır. Amma söhbət zamanı Zərdabi başa düşür ki, bu kişinin qızı nişanlıdır və yaxın günlərdə toyu olacaq.
Bazardan qayıdanda Həsən bəy kişini o taydan səsləyir və o da Zərdabini Kürün Şirvan sahilinə keçirir. Sahilə çatırlar və “sağollaşanda” Həsən bəy Zərdabi o dövrdə çox baha olan bu bir cüt kasanı kişiyə bağışlayır və qızına cehiz verməsini xahiş edir. Deyilənə görə, H.Zərdabi həmin toyda da iştirak edib. Bu kasalara isə ailədə hamı “bəy kasaları” deyib və bu günədək qoruyub saxlayıblar.

İSAMƏDDİN ƏHMƏDOV.

Comment here