DünyaMANŞETÜSTÜ

Gürüstandan Ermənistana böyük zərbə – Ölkədə ciddi bahalaşma başlayır

Gürüstandan Ermənistana böyük zərbə – Ölkədə ciddi bahalaşma başlayır

Gürüstandan Ermənistana böyük zərbə – Ölkədə ciddi bahalaşma başlayır

Gürcüstanın quru yolu ilə Ermənistana taxıl idxalına qadağa qoyması iki ölkə arasındakı münasibətləri gərginləşdirib. Gürcüstan quru yolu ilə Ermənistana taxıl idxalını qadağan edən qərar qəbul edib və bu qərar sentyabrın 15-də qüvvəyə minəcək.

Fakttv.com Avropa.info-ya istinadən xəbər verir ki, Gürcüstanın bu qərarı İrəvanı ciddi narahat etməyə başlayıb.

Ermənistan parlamentinin deputatı Edmon Marukyan deyib ki, əgər qərar qüvvəyə minərsə, Ermənistana ciddi problemlər yaranacaq: “Bunsuz Rusiyada buğdanın qiyməti bahalaşması hesabına Ermənistanda çörək bahalaşıb. Gürcüstan da belə qərar qəbul edərsə, ölkədə un və un məmulatlarının bahalaşmasının şahidi olacağıq”.

Gürcüstan tərəfinin qəbul etdiyi qərara əsasən un və qarğıdalı məhsulları ancaq dəmiryolu və dəniz vasitəsi ilə daşına bilər. Qərara əsasən bu yüklər ancaq Poti limanı vasitəsi ilə həyata keçirilməlidir. Məsələyə aydınlıq gətirən Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları nazirinin müavini Armen Pambuxçyan deyib ki, bu Gürcüstan hökumətinin qərarıdır və bu təkcə erməni, gürcülərə yox, Rusiyanın taxıl və un yüklərinin daşıyan bütün ölkələrə aiddir: Gürcüstan quru yolu ilə hətta onların şəxsi yüklərinin daşınmasına imkan vermirlər”.

Ümumiyyətlə, Gürcüstanın bu qərarı Ermənistanda ciddi narahatlığa səbəb olub.

 

Comment here