MANŞETÜSTÜ

Günəşdə güclü partlayış – Alimlər təşviş içində

Bu gün Günəşdə iki iri ləkə qrupunun birləşməsi nəticəsində son 12 il ərzində ən böyük partlayış baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Lebedev adına Fizika İnstitutu məlumat yayıb.

“Bu cür hadisələr çox nadir hallarda – Günəş aktivliyinin pik həddində baş verir. Lakin ən maraqlısı odur ki, hazırda Günəş aktivliyi minimum səviyyəsindədir. Alimlər bunun necə baş verdiyini dəqiq araşdırmalıdırlar”, – məlumatda deyilir.

Qeyd edək ki, Günəş partlayışları beş növə bölünür: A,B, C, M və X.

Bugünkü partlayış X növünə aid edilib – Günəş səthində indi qədər qeydə alınan ən böyük partlayışlardan biridir. Alimlərin sözlərinə görə, bu partlayışın Yerə təsiri çox güclü olacaq. Oxu.az

Comment here