İdman

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Rahim Həsənov Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında final görüşünə çıxıb.

Huquqaz.com—ın məlumatına görə, 45 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada Nikita Dementiyevlə (Ukrayna) üz-üzə gəlib.

Rəqibini 12:0 hesabı ilə məğlub edən Həsənov qitə çempionu olub.

51 kq-dakı Pərviz Dadaşov isə bürünc medal uğrunda görüşdə Filip Bartoşikə (Çexiya) 9:0 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Comment here