ManşetMANŞETÜSTÜ

Güclü yağış qərb bölgəsində fəsadlar törədib – Fotolar

Güclü yağış qərb bölgəsində fəsadlar törədib – FOTOLAR

Güclü yağış qərb bölgəsində fəsadlar törədib – Foto

Qərb bölgəsinə yağan yağış bir sıra fəsadlar yaradıb.
Fakttv.com APA-ya istinadən verdiyi məlumata görə, iki gündür bölgəyə yağan güclü yağış bir sıra çətinliklər yaradıb.
Yağış Tovuz, Ağstafa, Qazax rayonlarının ucqar dağ kəndlərində əkin sahələrinə ciddi ziyan vurub. Kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Tovuzun ucqar dağ kəndlərindən olan Əsrik Cırdaxan, Bayramlı, Azaflı, Aşağı Quşçu kəndlərində leysan yağış dəmyə şəraitində əkilən sahələrdə kartof, pomidor, lobya, qarğıdalı, üzüm və.s tərəvəz bitkilərini kökündən yuyub. Yetişməkdə olan meyvələr də küləklə müşayət olunan yağış nəticəsində yerə tökülüb. Həmçinin bəzi ərazilərdə ağaclar kökündən çıxıb. Güclü külək bəzi evlərin damını da yararsız hala salıb. Ərazidə olan müəyyən evləri su basıb.
Leysan xarakterli yağan yağışlardan sonra yaranan sel istirahət zonalarına gedən yollarda nəqliyyatın hərəkətində çətinlik yaradıb. Kəndlərdə elektirk enerjisinin təminatında uzunmüddətli fasilələr yaranıb.
Rayon İcra Hakimiyyətinin nəzdində mövcud durumla əlaqədər fövqəladə komissiya yaradılıb. Dağıntı, çöküntü, təsərrüfat sahələrinə baxış keçirilib.
Əhaliyə dəyən maddi ziyan hesablanır.

Comment here