ManşetMANŞETÜSTÜ

Goranboyda ilanlar evlərə hücum edib

Goranboyda ilanlar evlərə hücum edib

Goranboyda ilanlar evlərə hücum edib

Goranboy rayonunda vətəndaşa məxsus evə sürünənlər daraşıb.

“Report”un məlumatına görə, rayonun Qaradağlı kənd sakini Murad Muxtarov ona məxsus fərdi evdə bu ay artıq 6 ilanı öldürdüklərini bildirib.

“Səhər saatlarında uzunluğu 1 metr 40 sm-dən uzun olan ilanı vanna otağına girən zaman öldürdük. Hələ yaz fəslidir, evdə və həyətdə 10-dan çox ilan görünüb, yay fəslində buna daha çox rast gələcəyimizdən qorxuruq. Sürünənlərə qarşı xüsusi dərmanlama işləri aparsaq da, heç bir nəticəsi yoxdur, günü-gündən çoxalırlar”, – deyə o qeyd edib.

Qeyd edək ki, kənd ərazisindəki əkin sahələrində də çoxlu sayda ilanlara rast gəlinir.

Comment here