Cəmiyyət

Gecikən ümid – Leyla Yaşar

Gecikən ümid ……

 

Külək şəhəri silib süpürürdü..Süpürdüyü tozla yerlə göy arasındakı əlaqəni kəsmişdi .Göz – gözü görmürdü..Eşidilən ugultu qulaq batırırdı .Agaclar küləyin gücündən yıxılmamamaq üçün baş – başa verib inildəyirdilər. Yerə dəyən əşyaların nə oldunu belə aydınlaşdırmaq mümkün deyildi.Gündüzün saatı gecəni xatırladırdı.Göy qaşqabagını sallayıb , susqun qəzəbli baxışlarıyla küləyi izləyirdi . Yerində dinc dayana bilməyən külək buludlarla gizlənqaç oynayırdı. Küləyin səsi şəhərin sakitliyini pozmuşdu.Ugulduyan külək qəzəbini yer üzündən çıxırdı. Agaclara verdiyi əmrlə evlərin pəncərələrini döyür,bəzilərini sındırmaga nail olurdu. Şəhər dünən başlayan ,tügyan edən külək üzündən insan nəfəsinə həsrət idi. Hər kəs qapısını bərk – bərk baglayıb ,hökümranlıq edən küləyin kəsəcəyi saatı gözləyirdi.. Tində axsaya – axsaya gələn qaraltl göründü.İnsan ya heyvan oldugu bilinmirdi.Sanki küləklə təkbaşına döyüşə çıxan bu canlı küləyə meydan oxuyurdu. Qalibiyyətini sübut etmək üçün küləyin gücünə qarşı çıxır ,yıxılır – durur ,yenidən yoluna davam edirdi. Küləyin artıq taqəti kəsilmək üzərə idi.Son nəfəsini alırdı.Artıq hakimiyyəti qovdugu buludlar ələ almışdı.Şəhərin küləyin ərköyünlüyündən ,hikkəsindən yaratdıgı halı onları məyus etmişdi.Çox keçmədiki bu vəziyyət onları aglatmaga başladı. Budur küləyə qalib gələn qoca ,yagışla mübarizəyə başladı.Birtəhər daldanacaq tapıb gizləndi.Başını yuxarı qaldırıb dodagının altında deyindi bir az .Sonra sakitlışib sınıq bir stul tapıb oturdu. Xəyalların aguşununa atdı özün.İllər öncə doguldugu ,tərk etdiyi şəhər.. Daha dogrusu tərk etməyə məcbur oldugu şəhər… Əlləri əsə – əsə paltarının cibindən əzilmiş ,bir az da islanmış siqaret tapdı ..Yandırıb tüstüsünə büründü. Taleyin yükü qəddini əymiş ,amma sındıra bilməmişdi.Qəm yükünü illərlə özüylə dostcasına daşıyan bu qoca həyatda qalma səbəbini anlaya bilmirdi.Bədbəxt hadisələrin hədəf nöqtəsi olsa da taleyi onu xilas edə bilmişdi.Dəfələrlə uçurumun kənarından yıxılmaq anında hansısa bir əl onu götürüb kənara qoymuşdu. Günlərlə küçələrdə ac -susuz qalan bu qoca ölümlə üz – üzə,göz – gözə gəlmiş ,gülümsəyib keçmişdi. Neçə gündür ki ac -susuzdu.Həmdəmi olan xəyal da onu tək qoyub artıq . Sürünə – sürünə yagışın altına uzandı.Yagışın damcıları üzünə düşdükcə taleyinin üzünə gülümsünür ,göy üzünü salamlayırdı. Yagış bu misgin qocanı ayıltmaq üçün hərdən səngiyir,damlalarıyla ona həyat verməyə çalışırdı. Qoca gözü göy üzündə ruhunu işıqlandlran günəşi axtardı.Son dəfə onu görmək istəməyən günəşi görmək istədi. Artıq həyat nəbzinin son ritmini vurdugunu oldugunu xatırlayan qoca ətrafa baxdı.Uzaqda sönük bir parıltınının ona yaxınlaşdıgını gördü.Üzünü çevirib gülümsündü. – Gecikmisən ,dostum! Qoca son sözünü deyib ,gözlərini yumdu. Gecikən ümid yavaş- yaşaş kiçilib sonsuzluga qərq oldu ….

Leyla Yaşar

Comment here