ManşetMANŞETÜSTÜ

Gənclər “Poliqon”da görüşürlər (FOTOLAR)

 

Həmyerlimiz, Zərdab rayon gənclər və idman idarəsinin rəisi Ilkin Əliyevin müəllifi olduğu “Poliqon” Strateji Intellekt Oyunu artıq respublikamızın gəncləri arasında da yayılmağa başlayıb. Çox sevindirici haldır ki, intellektual gənclər son zamanlarda bu yeni oyuna kütləvi maraq göstərməyə başlayıblar. Aldığımız məlumata görə, bu intellekt oyunun yaranmasına 3 il vaxt sərf edilib. Üç il ərzində Zərdab gənclərinin iştirakı ilə dəfələrlə sınaq oyunları keçirilib, intellektial gənclərin təklif və iradları nəzərə alınıb və nəhayyət “Poliqon SİO” ərsəyə gəlib. Bu günlərdə ADPU-nun Ağcabədi filialinın zərdablı tələbələri İlqar İsayev və Pünhan İsbəndiyarovun təşəbbüsü ilə ali təhsil ocağında “Poliqon” Strateji İntellekt Oyunu ürə birincilik keçirilib və 50 nəfərdən artıq tələbənin mübarizə apardığı oyun böyük marağına səbəb olub.
Düzdür, bu, “Poliqon” SIO -nun rayonumuzdan kənarda baş tutan ilk yarışıdır.
Onu da qeyd edək ki, 2017-ci ilin noyabr, dekabr aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə rayonumuzda fəaliyyət göstərən Regionun Gənclərinin İnkişafına “Töhfə” Ictimai Birliyi tərəfindən Bakı şəhərində ali məktəb tələbələri arasında “Poliqon” Strateji İntellekt Oyunu üzrə Universiada keçiriləcək.
Poliqon SİO” gənclərdə hərbi vətənpərvərlik tərbiyyəsinin aşılamanması ilə yanaşı strategiya qurmaq və intellektual inkişafına dəstək olmaq məqsədi daşıyan yeganə intellektual oyundur.

Fakt.tv ailəsi adından həmyerlimiz İlkin Əliyevə uğurlar arzulayırıq!Həmyerlimiz, Zərdab rayon gənclər və idman idarəsinin rəisi Ilkin Əliyevin müəllifi olduğu “Poliqon” Strateji Intellekt Oyunu artıq respublikamızın gəncləri arasında da yayılmağa başlayıb. Çox sevindirici haldır ki, intellektual gənclər son zamanlarda bu yeni oyuna kütləvi maraq göstərməyə başlayıblar. Aldığımız məlumata görə, bu intellekt oyunun yaranmasına 3 il vaxt sərf edilib. Üç il ərzində Zərdab gənclərinin iştirakı ilə dəfələrlə sınaq oyunları keçirilib, intellektial gənclərin təklif və iradları nəzərə alınıb və nəhayyət “Poliqon SİO” ərsəyə gəlib. Bu günlərdə ADPU-nun Ağcabədi filialinın zərdablı tələbələri İlqar İsayev və Pünhan İsbəndiyarovun təşəbbüsü ilə ali təhsil ocağında “Poliqon” Strateji İntellekt Oyunu ürə birincilik keçirilib və 50 nəfərdən artıq tələbənin mübarizə apardığı oyun böyük marağına səbəb olub.
Düzdür, bu, “Poliqon” SIO -nun rayonumuzdan kənarda baş tutan ilk yarışıdır.
Onu da qeyd edək ki, 2017-ci ilin noyabr, dekabr aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə rayonumuzda fəaliyyət göstərən Regionun Gənclərinin İnkişafına “Töhfə” Ictimai Birliyi tərəfindən Bakı şəhərində ali məktəb tələbələri arasında “Poliqon” Strateji İntellekt Oyunu üzrə Universiada keçiriləcək.
Poliqon SİO” gənclərdə hərbi vətənpərvərlik tərbiyyəsinin aşılamanması ilə yanaşı strategiya qurmaq və intellektual inkişafına dəstək olmaq məqsədi daşıyan yeganə intellektual oyundur.

Fakt.tv ailəsi adından həmyerlimiz İlkin Əliyevə uğurlar arzulayırıq!

Coşqun

 

Comment here