Gündəm

Gənc müəllimdən möhtəşəm addım-FOTO

Quba rayonunun ucqar dağ kəndlərində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib.

Fakttv.com xəbər verir ki, aksiya “Uşaqları hər zaman sevək, sevindirək” layihəsi çərçivəsində rayonun Qırız Dəhnə, Zeyid, Xınalıq, Cimi və Qarovulüstü kəndlərində keçirilib. Aksiya zamanı 100-dən artıq şagirdə hədiyyələr verilib.

Layihənin rəhbəri,2017-cı ildə müəllimlərin işə qəbul  imtahanında İnformatika ixtisasından 47 bal toplayaraq, Qubanın ucqar dağ kəndi olan Cimi kəndində müəllim fəaliyyətinə başlayan gənc müəllimə  Zeynəb Məmmədli “Report”a ucqar dağ kənd məktəblərində təhsil alan şagirdlərin əksəriyyətinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü barədə məlumatlarının olmadığını bildirib.

Gənc müəllim əlavə edib ki, aksiya mayın 28-də başlayıb və iyunun 2-də yekunlaşacaq: “Uşaqlar bizim gələcəyimizdir. Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Düzdür, Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif sosial layihələr həyata keçirilir. Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Biz də çalışdıq ki, bu müqəddəs işdə payımız olsun” – deyə Z.Məmmədli bildirib.

Comment here