Gündəm

Gənc müəllim sərt yazdı-Açıq dərsin “A”-sından xəbəri olmayanlar tənqid etməyə həvəs göstərirlər

Bəzən müəllimin hər bir dərsinin açıq dərs olmasını deyirlər.Məncə də elədir,kim gəlir gəlsin,sən dərsini keç.Amma “Açıq dərs” keçəcəm deyirsənsə, bu gündəlik dərsindən istər-istəməz fərqlənir. Çünki bu ” açıq dərsə”qonaqlar gələcək. Bu qonaqların içərisində təbii ki, istəniləni də var,istənilməyəni də var..Ancaq yenə də qonaq kim olur olsun,gözümüz üstə yeri var,bir yerə qədər təbiiki.”Açıq dərs” zamanı xüsusi meyarlar var ki, onlara diqqət yetirməlisən. Yəni açıq dərsə məsuliyyətsiz yanaşmaq olmaz.

Deyirlər ki, açıq dərs keçəndə hansı sinfi götürəcəyin önəmlidir. ” Açıq dərsin” məqsədi təcrübəli müəllimlərin təcrübəsini yaymaqdır. “Açıq dərsi gənc müəllimlər də keçə bilərmi?” sualı yaranarsa,heç şübhəsiz “edə bilər” cavabı da yaranar. ” Açıq dərs” təcrübəli müəllimlərin,metodbirləşmə sədrinin, Təhsil Şöbəsinin  fənn metodistlərinin köməkliyi ilə olsa daha keyfiyyətli olar.

Indi isə açıq dərsin pərdəarxası hissəsinə keçək. İçəri daxil olanda gələn qonaqları görüb beynində “birdən yaxşı olmaz” fikri dolaşanda həyəcanlanmamaq olmaz.Bu həyəcanı boğmağa çalişmalısan ki,qarşındakında hiss  olunmasın.Gələn qonaqları salamlayırsan. Onların içərisində elələri var ki, görəndə ürəklənirsən,eləsi də var ki, onu gördükcə həvəsdən düşürsən. Gələn qonaqlar bir-birləri ilə söhbət edəndə,görəsən,”bəyənirlərmi,razı qalırlarmı?” sualları səni daha da həyəcanlandırır Hər müəllimin dərs demə metodu fərqli olduğu kimi, eyni zamanda dinləmə qabiliyyəti də fərqli olur. Kimisi səni dəstəkləyir,kimisi isə çalışır ki, tənqid etsin. Harda səhvini görsə o dəqiqə iradını bildirir,çalışır səhvini xüsusi vurğulasın,əlbəttə ki dərs bitdikdən sonra.Dərs zamanı dərsini pozmağa kiminsə ixtiyarı  yoxdur.Belə hala rast gələrsizsə,həmin şəxsə ilk dəfə şifahi xəbərdarlıq edib,ikinci səfər dərsi dərk etməyini tələb edə bilərsiz.Pedoqoji fəaliyyətə yeni başlayan müəllim üçün açıq dərs çətin olur. Bilmirsən dərsin vaxtını müəyyənləşdirəsən, ya şagirdlərin üzərindəki həyəcanı götürəsən..Dərs pis vəya yaxşı tamamlanır. Indi gəlin müzakirə mərhələsinə keçək. Bu mərhələdə səhvini tutanlar xüsusi maraq göstərir. Qeyd etdikləri səhvləri demək üçün az qala yarışa girirlər. Sanki iradı bildirdikdə vəzifələri qalxacaq. Fikirlərim sizi narahat etməsin. İrad,tənqid inkişafın başlanğıcıdır. Əgər bu tənqiddə qərəzlilik olmasa,tənqiddən hər bir pedoqoq nəticə çıxardır. Qabaqcıl müəllimlərimiz hər zaman deyirlər ki, tənqid edən zaman əvvəlcə müsbət halları, daha sonra mənfi halları qeyd etmək lazımdır ki, qərəzçilik olmasını.Ancaq açıq dərsin “A”-sından xəbəri olmayanlar durub tənqid etməyə həvəs göstərirlər.Heç olmasa imkanları olanda tənqid deyilmeyin qaydasın,üsulun da öyrənsinlər. Yəni elə etməlisən ki, açıq dərsi ikinci dəfə keçirmək üçün həmin müəllimdə maraq yaradasan. Həmin müəllimi daha çox yeniliklər etməyə həvəsləndirəsən. “Daha açıq dərs keçməyəcəm” dedirtməyəsən.

Elşən Ramizoğlu

Comment here