ManşetMANŞETÜSTÜ

Gəncədə yanğın: İki yanğınsöndürən yaralandı – Foto (Yenilənib)

Gəncədə yanğın: İki yanğınsöndürən yaralandı – Foto (Yenilənib)

Gəncədə yanğın: İki yanğınsöndürən yaralandı – Foto (Yenilənib)

Cəncədə yaşayış binasında baş verən yanğın söndürülüb. 

APA-nın qərb bürosunun xəbərinə görə, şəhərin Heydər Əliyev pospektində yerləşən 2 mərtəbəli binada başlayan yanğının söndürülməsi üçün əraziyə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb.

Yanğının söndürülməsində iştirak edən Gəncə Yanğından Mühafizə İdarəsinin iki yanğınsöndürəni – 30 yaşlı Zirəddin Məmmədov və 29 yaşlı Namiq Lələyev xəsarət alaraq Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

***
Gəncədə Heydər Əliyev prospekti bina 6-da yanğın baş verib.

Tüstülənmə ikimərtəbəli yaşayış binasının dam örtüyündən başlayıb. Hadisə yerinə FHN-nin altı texnikası və canlı qüvvəsi cəlb olunub. Sakinlər binada təxliyyə edilib.

Sakinlər qabaqlayıcı tədbirlər görərkən iki nəfər FHN əmədaşının xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini bildiriblər.(ARB Kəpəz)



Comment here