Cəmiyyət

Füzuliyə həyat qayıdır

Füzuliyə həyat qayıdır.

Artıq Vətənimizin -Azərbaycanımızın haqq savaşının-44 gün davam edən Vətən müharibəsinin başlanmasından bir ildən çox vaxt ötür. Düz bir il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qüdrətli ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladı.
Həmin haqq savaşında Azərbaycanın əzəli və əbədi torpaqları şücaətli ordumuz tərəfindən geri qaytarıldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə Ermənistan silahlı qüvvələrini işğal edilmiş Azərbaycan ərazilərindən dərhal xoşluqla çıxmalarını tövsiyə etmişdir. Əks- təqdirdə “dəmir yumruq”onların başına əzməyə hazır olduğunu vurğulayaraq xəbərdarlıq etmişdi. Dövlətimiz dediyi sözü ilə qarşısına qoyduğu məqsədə çatmaq üçün mübarizəyə tam hazır olduğunu sübut etdi.
Qalib ordumuz döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlüklər qazanaraq, 30 illik işğalçılıq siyasətinə qarşı çıxıb doğma torpaqlarımızı işğaldan azad etməyə başladı.
Məhz həmin uğurlu əməliyyatlardan biri də oktyabr ayının 17-sində əhəmiyyətli strateji mövqeyə malik,ən böyük yaşayış ərazimiz Füzuli şəhərinin və bir neçə kəndinin işğalçılardan təmizlənərək qaytarılması ilə nəticələndi.Bu əməliyyat böyük qəhrəmanlıq,əzm və şücaət tələb edirdi Hamımıza məlumdur ki, düşmən 30 il ərzində bu şəhərdə böyük müdafiə istehkamlar qurmuşdu.Butun bu güclü müdafiəyə baxmayaraq Füzuli uğrunda böyük və güclü hərbi əməliyyatları icra edən müzəffər ordumuz qarşısına qoyduğu uğurlu missiyaya və qoyduğu məqsədə çatmaq üçün əlindən gələni etdi..Və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Füzuli şəhərinin azadlığı elan edildi.Bu uğurlu əməliyyat sonuncu deyildi,əksinə digər uğurlu əməliyyatları həyata keçirməyə bir motivasiya idi, başlanğıc idi .Bele ki,bu qətiyyətli addımdan sonra hem dünya ,həm də erməni ordusu Azərbaycan Ordusunun gücünə,şücətinə mat qaldı.Füzuli rayonu tam nəzarətimizə keçdikdən sonra erməni ordusunda fərarilik və çaşqınlıq yarandı.
Düşmən məhz bu əməliyyatdan sonra başa düşdü ki, məğlubiyyətləri qaçılmazdır. Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək.Buna qəti şübhə də olmaz.
Əməliyyatdan sonra ərazidə kifayət qədər çox sayda texnika və sursat qoyub qaçan düşmən hem də ciddi itkilərə məruz qaldı.
Füzuli qədim tarixə malik şəhərimizdir . Əsası 1827-ci ildə qoyulan Füzuli şəhərinin adı əvvəl Qarabulaq adlanıb, sonralar Azərbaycanın böyük şairi Məmməd Füzulinin 400 illik yubileyi şərəfinə Füzuli adlandırılıb.
Tarixdə xüsusi diqqət çəkən qədim abidə Azıx mağarası rayon mərkəzindən 15 kilometr aralıda yerləşir. 1993-cü ildən erməni işğalında olan Füzuli şəhəri düşmən tərəfindən əsaslı şəkildə darmadağın olunmuşdu.Erməni vandalizmi özünü dünyaya bir daha bariz şəkildə göstərmiş oldu.
Artıq bunlar geridə qaldı.
Qarabağın işğaldan azad olunmasından dərhal sonra sürətlə aparılan infrastruktur quruculuq işləriniə böyük həvəslə start verildi.
Cənab Prezidentimiz İlham Əliyevin noyabr ayının 16-da Füzuli rayonununda etdiyi çıxışda bu quruculuq işlərini belə vurğulamışdı:Ülkər Təhsil: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır”.
Prezident deyib: “Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu biz yaşamışıq”.

Ruslan Əzzalıyev,
Saatlı rayon Ə.Əhmədov adına Qaracalar kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Comment here