ManşetMANŞETÜSTÜ

Fuad Muradov yeni sədr kimi Dövlət Komitəsində dəyişikliklərə başladı

Fuad Muradov yeni sədr kimi Dövlət Komitəsində dəyişikliklərə başladı




Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yeni saytı yaradılır.

Milli.Az xəbər verir ki, Dövlət Komitəsi bununla bağlı loqo seçimi üçün müsabiqə elan edir.

Müsabiqənin şərtləri:

1.  Müsabiqədə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı iştirak edə bilər;

2.  Loqo harada yaşamasından asılı olmayaraq, hər bir dünya azərbaycanlısının Azərbaycana və azərbaycançılıq ideologiyasına sadiqliyini, məsuliyyətini, dünyəvi və müasir inkişaf yolu seçmiş dövlətimizin hər bir azərbaycanlıya görə cavabdehlik daşıdığını özündə ehtiva etməlidir. Ümumilikdə loqoda dövlətçilik, vətəndaş həmrəyliyi kimi mühüm məqamlar əksini tapmalıdır.

3.  Loqonun eskizi A4 formatda kağızda, CD disk şəklində və ya PDF formatında [email protected] elektron ünvanına və ya Komitənin rəsmi https://m.facebook.com/AzDiaspora/?ref=bookmarks facebook ünvanına təqdim edilməlidir.

4.  Müsabiqənin qalibinə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi mükafatı təqdim olunacaq.

5.  Müsabiqə  05 May 2018-ci il, saat 18:00-da yekunlaşacaq.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev yenidən prezident seçildikdən sonra Diasporla İş üzrə Dövlət Komitəsinə Fuad Muradovu yeni sədr təyin edib. Bundan əvvəl, Fuad Muradov Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri idi.

Paylas:Fakttv.com

Comment here