DünyaManşetMANŞETÜSTÜ

Fransada şok: Helikopterlə həbsdən qaçdı

Fransada şok: Helikopterlə həbsdən qaçdı

 Fransada şok: Helikopterlə həbsdən qaçdı

Fransada barəsində 25 il həbs cəzası verilmiş məhbus Reduan Faid helikopterlə həbsxanadan qaçıb.

Fakttv.com axar.az-a istinadən xəbər verir ki, bu barədə “Parisien” qəzeti yazıb.

Paris yaxınlığında Sena de Marna departamentində yerləşən həbsxanadan qaçan Faidə 3 nəfər silahlı şəxs yardım edib. Məhbus isə Belçikada qeydiyyatda olan helikopter vasitəsilə qaçmağı bacarıb. Daha sonra helikopter Paris yaxınlığında yandırılmış halda tapılıb.

Xatırladaq ki, Faid hələ 5 il əvvəl həbsdən uğurlu qaçış cəhdi edib. O zaman məhbus həbsxananın divarlarını partladıb, daha sonra bir neçə bölmə əməkdaşını girov götürüb.

Comment here