İdmanManşetMANŞETÜSTÜ

Fransa yığmasını Parisdə minlərlə insan qarşıladı – (Foto,Video)

Fransa yığmasını Parisdə minlərlə insan qarşıladı – (Foto,Video)

Fransa yığmasını Parisdə minlərlə insan qarşıladı – (Foto,Video)

Futbol üzrə Fransa milli komandası Rusiyada keçirilən dünya çempionatından sonra vətənə qayıdıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Fransa millisinin məşqçilərini və oyunçularını paytaxt Parisdə minlərlə insan qarşılayıb. DÇ-2018-in qalibi olan komanda çempionluq paradı təşkil edib.

Baha bir maralı fakt. Bu arada məlum olub ki, Fransa yığmasının qələbə qazanması şərəfinə Paris metrosunun 6 stansiyasının adı dəyişdirilib.

Yeni adlar yığmanın futbolçularının, baş məşqçisinin adlarını və ya bilavasitə mundialda qələbəni köhnə adlara qoşmaqla söz oyunu yolu ilə tərtib edilib.

Məsələn, “Notr-Dam-De-Şam” stansiyası komandanın baş məşqçisi Didye Deşamın şərəfinə “Notr-Dam-Didye-Deşam”, “Viktor Hüqo” stansiyası isə qapıçı Uqo Lyorisin şərəfinə “Viktor Uqo Lyoris” adlandırılıb.

Xatırladaq ki, iyulun 15-də keçirilən final matçında 4:2 hesabı ilə Xorvatiya millisini məğlubiyyətə uğradan Fransa yığması futbol tarixi ərzində ikinci dəfə, 1998-ci ildən isə birinci dəfə dünya çempionatının qızıl medalını qazanıb.

Comment here