DünyaManşetMANŞETÜSTÜ

Fransa prezidentinin müşaviri adam döyüb – Böyük qalmaqal – VİDEO

Fransa prezidentinin müşaviri adam döyüb – Böyük qalmaqal – VİDEO

Fransa prezidentinin müşaviri adam döyüb - Böyük qalmaqal - VİDEOFransa prezidenti Emmanuel Makron çox böyük qalmaqalla qarşılaşıb. Səbəb onun müşaviri Aleksandr Benallanın paytaxt Parisdəki etiraz aksiyalarından birində adam döyməsidir.

Hadisə mayın 1-də yaşanıb. Parisdəki etiraz aksiyası zamanı polislərə qoşulan, başında dəbilqə olan 26 yaşlı A.Benalla aksiya iştirakçısı olan qadını sürüyüb, orta yaşlı kişini isə vurub.

Həmin hadisəni şahidlərdən biri çəkmiş, videonu sosial şəbəkələrdə paylaşmışdı.

Dəbilqəli şəxsin kimliyi bilinmirdi.

İndi isə bəlli olub ki, həmin adam E.Makronun sabiq cangüdəni, hazırda müşaviri olan Aleksandr Benalladır. O, prezident seçkisi zamanı Emmanuel Makronun təhlükəsizlik xidmətinə rəhbərlik edirdi.

Mayın 1-də Parisin Latın məhəlləsindəki Kontreskarp meydanına, aksiyanın keçirildiyi yerə polisin fəaliyyətinin müşahidəsi üçün göndərilmiş A.Benalla özünü saxlaya bilməyib və aksiya iştirakçılarını döyməyə başlayıb.

O, iki həftə müddətinə vəzifəsindən kənarlaşdırılıb və belə olayın təkrarlanacağı təqdirdə işdən qovulacağı ilə bağlı xəbərdarlıq alıb.

Fransa mediası və siyasətçiləri isə A.Benallaya sərt cəza verilməsini tələb edirlər.

Fransa Sosialist Partiyasınnı lideri Olivye For bəyan edib: “Benalla adi vətəndaş olsaydı çox sərt cəza alacaq, həbs ediləcəkdi. Baş verənlər göstərir ki, Emmanuel Makronun hakimiyyəti ikili standartlar siyasəti yürüdür”.

The Local isə bildirir ki, A.Benallanın “cəza” alması vurğulansa da, o, DÇ-2018-də çempion titulu qazanmış Fransa yığmasını Parisə gətirmiş ikimərtəbəli avtobusun sərnişinləri arasında idi.

Fransa prezidenti Emmanuel Makron isə dünən ölkə parlamentinin deputatları ilə görüşündə Aleksandr Benalla ilə bağlı bəyanatla çıxış edib:

“Fransa heç bir vəchlə nifrət respublikasına, baş verənlərdə günahkar kimi qələmə verilən insanlarla haqq-hesab çəkilməyə can atılan ölkəyə çevrilməməlidir. Onlar cavabdeh, günahkar axtarırlar. Yeganə günahkar mənəm. Kimə gərəkdirsə, yanıma gəlsinlər. Fransa xalqına cavab verəcəyəm. Mayın 1-də baş verən hadisəni isə xəyanət sayıram. Benallaya inanan mən idim. Və mən də ona qarşı cəzalara sanksiya verdim. Ətrafımdakı insanlardan, hakimiyyətdəki şəxslərdən kimsəyə mövcud qanunları pozmaq haqqı verilməyib. Ətrafımdakı insanlar arasında kimsə kiminsə himayəsindən istifadə etməyib”.

milli.az

Comment here