DünyaManşetMANŞETÜSTÜ

Fransa prezidenti Trampı hədələdi

Fransa prezidenti Trampı hədələdi

Fransa prezidenti Trampı hədələdi

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidentini hədələyib. O deyib ki, “Böyük yeddilik” sammitinin iştirakçıları Kanadada ABŞ liderinin iştirakı olmadan yekun sənədi imzalayacaq.

Avropa.info xəbər verir ki, bu barədə Fransa prezidenti Makron öz Twitter səhifəsində yazıb.

“ABŞ prezidenti təcrid əleyhinə olmadığı kimi, elə biz də 6 ölkə arasında saziş imzalamağın əleyhinə deyilik”, – Makron yazıb.

Qeyd edək ki, “G7” ölkələri başçılarının zirvə toplantısı iyunun 8-9-da Kanadanın Kvebek əyalətində baş tutacaq.

Makronun Trampa belə bir cavab verməsinə səbəb bu ərəfədə ABŞ prezidentinin Fransa prezidenti və Kanada baş naziri Castin Tryuda ticari əlaqələrdə əngəllər yaratdığına görə tənqid etməsi olub.

Xatırladaq ki, Tramp Avropa İttifaqı ölkələrinə və bir sıra ölkələrə polad və alüminium idxalaına görə gömrük rüsumunu artırmaq barədə qəbul etdiyi qərar ciddi etiraza səbəb olmaqla yanaşı, ölkələr arasınsa münasibətlərdə də gərginlik yaradıb.

 

Comment here