ManşetMANŞETÜSTÜ

Fiaskoya uğramış müxalifətin son “akkordları”: Protest elektoratı uğursuz siyasətçiləri boykot edir – Bizim şərh

Fiaskoya uğramış müxalifətin son “akkordları”: Protest elektoratı uğursuz siyasətçiləri boykot edir – Bizim şərh

Fiaskoya uğramış müxalifətin son “akkordları”: Protest elektoratı uğursuz siyasətçiləri boykot edir – Bizim şərh

Müxalifət yenə də mitinqə hazırlaşır. Müxalifət bir-birinə qarşı aparılan “qara piar” təbliğatını aralıq müddətə dondurmaq, “atəşkəs” elan etməklə aksiyasını daha izdihamlı keçirtməyi arzulayır. Mitinq keçirtmək müxalifətin hüququdur və Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunduğu üçün iqtidar buna hər cür şərait yaradır. Lakin artıq indidən ehtimal etmək mümkündür ki, mitinqə az adam gələcək.

Mitinq müxalifətin güc nümayişi yox, müxalifət liderlərinin acizliyinin nümayişi olacaq. Şüarlar hansısa mücərrəd “İstibdada yox deyək!”və sair kimi şüarlar olacaq və xalq buna tam biganə qalacaq.

Bu seçkidə də müxalifət düşərgəsində birlik olmayacaq, çəkişmələr olacaq, mənəmlik uğrunda mübarizə olacaq. Bunu günahı iqtidarda və yaxud cəmiyyətdə deyil. Müxalifətin nə hörməti, nə nəzəriyyəsi, nə baxışı, nə planı var. Ona görə cəmiyyət mitinqlərdən heç nə gözləmir.

Cəmiyyətin tam bir hissəsi “Siyasi məhbuslara azadlıq!” , “Talana son!” və s. bu kimi şüarlara biganədir. Vətəndaşların bunlara tamamilə biganə münasibəti ondan irəli gəlir ki, onları qaldıran siyasi qüvvələrə cəmiyyətin etimadı yoxdur. Müxalifət tərəfindən mütamadi olaraq buraxılan kobud səhvlər, didişmələr, milli mənafeyini ötəri kiçik mənafelərə qurban verməsinin nəticəsi olaraq onlar etimadı itiriblər.

Hazırki dövrdə cəmiyyət mitinqlərə, müraciətlərə, çağırışlara müsbət reaksiya vermək istəmir. Hazırda ölkə əhalisinin demək olar ki, müxalifətə heç bir ümidi yoxdur. Söhbət müəyyən fəal kəsimin mitinqlərə qatılmasından getmir.

Söhbət əhalinin kütləvi olaraq mitinqlərə maraq göstərməsindən, qatılmasından gedirsə, burda iştirakçı sayının böyük olacağını gözləmək imkansızdır. Bunun başqa obyektiv səbəbləri də var. Bunlardan biri də müxalifətlə cəmiyyət arasında ünsiyyət imkanlarının məhdud olmasıdır. İlk olaraq insanları mitinqə yığmaq üçün müxalifətin əvvəlki hörmət qalmayıb. Əslində, mitinq güc nümayişi deyil, təsir vasitəsidir.

Müxalifət isə mitinqi ona görə keçirir ki, görsünlər bu partiya mövcuddur. Kütləvi aksiyalar mübarizə alətindən kənara çıxaraq mövcudluq simvoluna çevrilir. Ona görə də mitinqlər süni keçəndə partiyanın imicinə ziyandır. Belə sönük və qeyri-kütləvi aksiyaların keçirilməsi cəmiyyətə mənfi impuls verir. Onsuz da siyasətlə maraqlanmayan insanlar bu görüntünü görəndən sonra tamam uzaqlaşırlar. Digər tərəfdən, mitinqlər Əli Kərimlinin inhisarındadır. O, bu aksiyalarla özünü bu düşərgədə lider kimi göstərmək istəyir. Protest elektoratı isə uğursuz bir siyasətçinin girovuna çevrilməkdən bezib və odur ki, ilk növbədə mitinqləri boykot edir.

Müxalifət çıxılmaz durumdadır və anlayır ki, azsaylı mitinqlərlə vəziyyətini daha da ağırlaşdıracaq. Odur ki, aksiya keçirəcəyini elan etsə də, imtina üçün bəhanə axtarır. Müxalifət liderləri başa düşürlər ki, artıq etimad limitləri başa çatıb, seçkidən sonra onları partiya sədrliyindən getmək gözləyir. Ölüm yatağında olan müxalifətin reanimasiyası yalnız yeni sədr seçkilərindən keçir…

Avropa.info-nun ekspert qrupu

Comment here