Hadisə

FHN 2 azyaşlını xilas etdi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 75 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 6 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən Huquqaz.com-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas edilib.

Sutka ərzində ikisi azyaşlı olmaqla 6 nəfər, o cümlədən qeyri-çimərlik ərazidə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Habelə 1 nəfərin meyiti mənzildə bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindəki Sabir kanalında batan 2015-ci il təvəllüdlü Miriyev Əli Elsevər oğlunun meyiti tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.

Comment here