ManşetMANŞETÜSTÜ

Faciəvi şəkildə ölən Bayram Kürdəxanlının ailəsində daha bir İTKİ

Faciəvi şəkildə ölən Bayram Kürdəxanlının ailəsində daha bir İTKİ

Faciəvi şəkildə ölən Bayram Kürdəxanlının ailəsində daha bir İTKİMərhum tanınmış meyxanaçı Bayram Kürdəxanlının (Bayramqulu Quliyev) anası 1934-cü il təvəllüdlü Səkinə Quliyeva dünyasın dəyişib.

FAKTTV unikal.org-a istinadən xəbər verir ki, Səkinə Quliyeva uzun sürən xəstəlikdən sonra dünyasın dəyişib.

Mərhum bu gün saat 14:00-da Kürdəxanı qəbiristanlığında, oğlu Bayram Kürdəxanılının yanında dəfn olunacaq. Xatırladaq ki, ötən ilin avqust ayının 23-də toy mərasimindən evə qayıdan meyxana ustası Kürdəxanı qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi “Peugeot” markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub.

Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Comment here