DünyaManşetMANŞETÜSTÜ

Fələstin hökuməti dünya dövlətlərinə müraciət etdi : “Qətliamı dayandırın…”

Fələstin hökuməti dünya dövlətlərinə müraciət etdi : “Qətliamı dayandırın…”

Fələstin hökuməti dünya dövlətlərinə müraciət etdi : “Qətliamı dayandırın…”

Fələstin hökuməti dünya ölkələrinə müraciət edərək İsrailin Qəzza zolağında törətdiyi qırğını dayandırmasını istəyib.

Avropa.info xəbər verir ki, Fələstin hökuməti sözçüsü Yusif əl-Mahmud tərəfindən edilən yazılı açıqlamada, qırğının qarşısının alınması üçün, bütün dünyanın gecikmədən dövriyyəyə girməsi tələb olunur.

“Ərəb və müsəlman hökumətləri ilə yanaşı dost ölkələri Qəzzada İsrail tərəfindən axıdılan qanın dayandırmaları üçün hər cür səy göstərmələri, İsrail işğal ilə mübarizədə Fələstin yanında yer almağa dəvət edirik. Bütün dünya gecikmədən İsrail qətliamını dayandırmalıdır.”

Qeyd edək ki, Qəzzanın İsrail ilə sərhədində çadırlar quran fələstinlilər, ABŞ səfirliyinin Qüdsə köçrülməsi və İsrailin quruluş ildönümü olan Nekbenin (Böyük Fəlakət) 70-ci ilinə etiraz etmək üçün “milyonların yürüş” adını verdikləri  mitinqlər həyata keçirir.

Səhər saatlarından bu yana İsrail əsgərlərinin Qəzza sərhədinə toplaşan aksiyaçılara  atəş açması nəticəsində 41 fələstinli öldürülüb.

Comment here