ManşetMANŞETÜSTÜ

Evinin sökülməsinə etiraz etdi, 8 aylıq qızını aşağı atdı – Foto

Evinin sökülməsinə etiraz etdi, 8 aylıq qızını aşağı atdı – Foto

Evinin sökülməsinə etiraz etdi, 8 aylıq qızını aşağı atdı – Foto

38 yaşlı ata evin damına çıxaraq polislərin əlinə keçməməyə çalışıb. Onun qucağında 8 aylıq qızı vardı. Polis zabitinin damda ona yaxınlaşdığını görən qəddar ata körpə qızını aşağı atıb.

Avropa.info milli.az-a istinadən bildirir ki, olay Cənubi Afrika Respublikasındakı Port-Elizabet şəhərinin yaxınlığındakı Kvidisidə yaşanıb.

Qanunsuz tikilmiş daxmaların sökülməsi layihəsi çərçivəsində kiçik evinin uçulmasına etiraz edən 38 yaşlı ata 8 aylıq qızını qucağına alaraq daxmasının damına çıxıb.

“Yaxınlaşmayın evimə! Evimi sökməyin! Yoxsa qızımı aşağı atacağam, onu öldürəcəyəm!” – qışqıran ata polisləri yaxına buraxmırdı.

Evi əhatəyə almış polis zabitlərindən biri dama çıxaraq ona yaxınlaşanda isə kişi qızını aşağı atıb.

Həbs olunmuş bu şəxs övladını qətlə yetirmək cəhdində suçlanır.

Evinin sökülməsinə etiraz etdi, 8 aylıq qızını aşağı atdı - FOTO

Evinin sökülməsinə etiraz etdi, 8 aylıq qızını aşağı atdı - FOTO

Evinin sökülməsinə etiraz etdi, 8 aylıq qızını aşağı atdı - FOTO

Evinin sökülməsinə etiraz etdi, 8 aylıq qızını aşağı atdı - FOTO

Comment here