Manşet

Etirazçılar ABŞ bayrağını yandırdılar

İngiltərənin “Mançester Yunayted” klubunun azarkeşləri ABŞ bayrağını yandırıblar.

Huquqaz.com  “The Sun”a istinadən xəbər verir ki, bu addım klubun amerikalı sahibləri Coel və Avram Qleyzerlərin Superliqaya birləşmə qərarına etiraz əlaməti kimi atılıb. “Old Trafford” stadionu qarşısına toplaşan yüzlərlə fanat rəhbərliyin davranışlarından qəzəblərini ifadə edib.

Etiraz aksiyası zamanı onlar Qleyzerlər ailəsindən klubdakı paylarını satmalarını tələb edən plakatlar tutublar və fişənglərdən yararlanıblar. Tərəfdarlar “Hər şeyin bir həddi var” və “Qleyzerlər, klubdan rədd olun” şüarları səsləndiriblər.

Narazılığa aprelin 19-da aralarında “Mançester Yunayted”in də olduğu Avropanın 12 top-klubunun Superliqanın yaradıldığını elan etməsi səbəb olub. Lakin aprelin 20-də azarkeşlərin etirazları, UEFA və milli assosiasiyaların sərt mövqeyi fonunda İngiltərənin bütün klubları bu liqadan çıxdıqlarını açıqlayıblar.

“Mançester Yunayted” rəhbərliyi bəyanat yayaraq, azarkeşlərdən üzr istəyib. Klub rəsmiləri Superliqa yaradarkən tərəfdarların mövqelərini öyrənmədikləri üçün bu addımı atıblar.

Comment here