ManşetMANŞETÜSTÜ

“Ermənistanda baş verənlərin Ukrayna ilə müqayisəsini aparmaq yersizdir” – Kremldən mövqe

“Ermənistanda baş verənlərin Ukrayna ilə müqayisəsini aparmaq yersizdir” – Kremldən mövqe

“Ermənistanda baş verənlərin Ukrayna ilə müqayisəsini aprmaq yersizdir” – Kremldən mövqe

Ermənistandakı vəziyyət qeyri-stabilliyə doğru getmir. Kreml stabilliyini saxlanılması və siyasi konsensusa nail olunmasına ümid edir.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

“Yerevanda baş verənlərin hamısı erməni dostlarımızın daxili işidir. Ermənistan bizim üçün iqtisadi və mədəni sahədə bağlarımızın olduğu çox vacib əməkdaşdır. Ümid edirik ki, erməni xalqını təmsil edən qüvvələrin siyasi konfiqurasiyanın cizgiləri yaxın zamanda ortaya çıxacaq” – Peskov belə deyib.

Peskov Ermənistanda baş verənləri Ukrayna ilə müqayisə etməyin yersiz olduğunu deyib:

“Mən paralellər aparmazdım, çünki vəziyyət tamam fərqlidir və çətin ki, birbaşa paralellər aparmaq mümkündür. Deyə bilərəm ki, Ukrayna ilə hansı müqayisələr aparmaq yersizdir”.

Comment here