Siyasət

Ermənistan hərbi cinayətkardır

Ermənistan hərbi cinayətkardır

Dünyada 250-yə yaxın dövlət var, amma düşünürəm ki, Azərbaycan kimi qonşu baxımından bəxti gətirməyən çox az ölkə var.Xüsusən də qonşuların içində öz məkrli, çirkin əməllərindən geri qalmayan mənfur Ermənistan ola. Öz havadarlarından dəstək alan kimi türk qanına susamış məxluqa dönən bir qonşu . Bəli türk qanına. Tarixə nəzər salsaq , ermənilər türklərdən başqa digərlərinə eyni münasibət bəsləməmişlər. Hazırda yaşadıqları məkan da bizim doğma torpaqlarımızdır. Təbii ki , I Pyotr tərəfindən məqsədli şəklində Qafqaza köçürülən ermənilərdən müsəlmanlara qarşı istifadə edirdilər. Məşhur rus diplomatı Qriboyedov  yazırdı: ” Ermənilər əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar”. Və Bununla da ermənilərin azərbaycanlılara qarşı cinayətləri başladı.
1905 , 1918 ,1988-2021 -ci illəri əhətə edən soyqırım xarakterli faciələri bu xalqın taleyinə qonşularımız yazmışlar. 1918 -ci ildə Mart soyqırımıda respublikanın iri rayon və şəhərlərində ağlasığmayan vəhşiliklər törətmiş, yerli əhalinin, nəinki canlarını almış ,hətta müsəlman abidələrinə vandal münasibət bəsləyib dağıtmışlar. Rəsmi mənbələrə əsasən 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Mərhələrlə Qərbin Azərbaycanda yaşayan azərbaycanlara qarşı etnik təmizləmə aparan Ermənistan bu proseləri 1948-1953 -cü illərdə sürətləndirmiş və 1988-ci ildə tamamlamışdır. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib.
1992-1994 –cü illərdə Azərbaycanın 20 faizini işğal edən Ermənistan və onların havadarları uşaq ,yaşlı demədən sivil əhalini avtomatdan keçirmişlər. Xocalı faciəsini bu millətə yaşatmışlar. Müstəqillik əldə edəndən sonra Ulu öndər Heydər Əliyev beynəlxalq tribunalardan haqq səsimizi dünyaya çatdırmış, BMT-də torpaqlarımızın qeyd-şərtsiz qaytarılması haqqında dörd qətnamə qəbul olunmuşdur. Lakin buna baxmayaraq Ermənistan beynəlxalq hüquqları pozmuş torpaqları qaytarmamış, əksinə yeni ərazi ideasında olmuşdur. 2020-ci ildə Ermənistan cəbhə boyu müxtəlif təxribatlar törətdi. Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu. Daha sonra avqust ayında Ermənistanın diversiya qrupu keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi. Sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı. Güclü ordumuz qarşısında tab gətirə bilməyən Ermənistan çirkin əməllərindən qalmayaraq döyüş cəbhəsindən kilometrlərlə arxada yerləşən mülki yaşayış obyektlərinə “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə etdi. 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilidi. Lakin bütün xarici təzyiqlərə baxmayaraq Ali Baş Komandanın əzmli siyasəti sayəsində bütün təzyiqlərə sinə gərildi. Xalq-hakimiyyət birliyi nəticəsində 30 il işğal altında olan torpaqlar azad edildi. Cənab prezidentin dediyi kimi 44 gün ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını döyüşərək işğal altında olan torpaqları geri qaytarılmasını özü təmin etdi.Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olar! Ən ülvi hisslər ilə qanlarını torpağa qarışdırıb ” Böyük Vətən”, “Bütöv Vətən” amalı ilə şəhidlik zirvəsinə yüksələn igidlərimizə Allah rəhmət eləsin!
Qələbəmiz davamlı olsun!

Samir Məmmədov

Saatlı rayon S.Ağamirzəyev adına Bəylər kənd ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.

Comment here