ManşetMANŞETÜSTÜSiyasət

Ermənilər qorxuya düşüb: “Bu nəticələr bizə zərbədir”

Ermənilər qorxuya düşüb: “Bu nəticələr bizə zərbədir”

Ermənilər qorxuya düşüb: “Bu nəticələr bizə zərbədir”

Xəzərin hüquqi statusu ilə bağlı imzalanan Konvensiya Azərbaycanın əhəmiyyətini artırsa da, Ermənistana hərbi-siyasi cəhətdən sarsıdıcı zərbə vuracaq.

Avropa.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, Davtyan verdiyi müsahibədə bu müqavilənin Ermənistanı həm hərbi-siyasi, həm də iqtisadi cəhətdən pis vəziyyətdə qoyduğunu bildirib..

Onun sözlərinə görə, Xəzər Konvensiyasının imzalanmasından sonra Azərbaycanın neft-qaz siyasətində hər hansı dəyişiklik olmayacaq.

“Azərbaycan Xəzər dənizindəki akvatoriyasında həyata keçirdiyi kəşfiyyat və hasilat işlərini necə həyata keçirirdisə, bundan sonra da həmin siyasət davam edəcək. Əksinə, Bakı bəzi layihələrin həyata keçirilməsində yeni imkanlar əldə edəcək. Məsələn, Azərbaycanla Türkmənistan arasında “Sərdar” qaz yatağı işlənməsində fikir ayrılığı mövcuddur. Ancaq Konvensiyanın fəlsəfəsi çərçivəsində həmin yataq iki ölkə arşında birgə işlənəcək.

Digər tərəfdən, Azərbaycanla Rusiya arasında enerji sahəsində yaranan dialoq müəyyən perspektivli zəmin yaradır. Moskva ilə əməkdaşlığın inkişaf etdirilməsi nəticəsində Azərbaycan Rusiya qazını Cənub qaz dəhlizi vasitəsi ilə dünya bazarına ixrac edə bilər. Artıq Azərbaycan rəsmiləri bununla bağlı açıqlamalar verir”- erməni ekspert vurğulayıb.

Onun fikrincə, bu isə Cənub qaz kəmərinin stabil fəaliyətini təmin etməyə imkan verəcək. O, eyni zamanda, qeyd edib ki, Rusiyanın Xəzər akvatoriyasındakı qaz ehtiyatlarının həcmi 3 trliyon kubmetr təşkil edir: “Bütün bu və digər amillər Azərbaycanla Rusiya arasında enerji sahəsindəki əməkdaşlığın aktivləşdirilməsinə əsas verir”.

Xəzər Konvensiyasının regional proseslərə və Ermənistana təsirinə gəldikdə isə V. Davtyan bildirib ki, Konvensiya ilk növbədə regional təhlükəsizlik problemini həll edir və bu məsələ sənəddə öz əksini tapıb: “Belə ki, Xəzəryanı dövlətlərdən başqa hər hansı dövlətin donanması ola bilməz. Məhz bu amilə görə İran iqtisadi maraqlarından geri çəkilərək, adı çəkilən sənədin imzalanmasına razılıq verib”.

Ermənistan gəldikdə isə erməni ekspert bildirib ki, Xəzərin konvensiyası İrəvana birbaşa təsir etməsə də, dolayısı yolla təsir edir və müəyyən risklər yaradacaq.

“Xəzər Konvensiyası Ermənistana xüsusən iki məsələdə- hərbi-siyasi və iqtisadi məsələdə təhlükə yaradır. Konvensiya Ermənistanın hərbi-siyasi həmiyyətini itirir . Xüsusən də Rusiya üçün Ermənistanın hərbi-siyasi əhəmiyyəti itməyə başlayır”- erməni ekspert bildirib.

Erməni ekspertin fikrincə, Konvensiya Rusiya-Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində yeni platforma yaradır: “ Bu isə Rusiyanın bundan sonra Ermənistana forpost kimi baxmasına imkan verməyəcək və bununla da İrəvanın əhəmiyyəti itəcək”.

İqtisadi məsələyə gəldikdə isə V. Davtyan deyib ki, sənəd imzalandıqdan sonra İran-Azərbaycan, Rusiya-Azərbaycan ikitərəfli və Rusiya-Azərbaycan-İran üçtərəfli əməkdaşlığı daha da inkişaf edəcək: “Biz burada xüsusən də Ermənistandan yan keçəcək “Şimal-Cənub” beynəlxalq dəhlizinin reallaşmasını qeyd edə bilərik. İran-Azərbaycan dəmiryolu Qəzvin-Rəşt-Astara vasitəsi ilə birləşəcək”.

“Bundan əlavə, Bakı-Moskva-Tehran arasında elektrik enerjisi sahəsində yeni əməkdaşlıq formatı yaranmaqdadır. Bu isə İran, Ermənistan, Gürcüstan, Rusiya arasında çəkiləcək elektrik xəttini sula altına alır. Artıq üç ölkə bu logistik marşurutun Azərbaycan üzərindən keçməsi ilə bağlı məsləhətləşmələrə başlayıb. Onu da yaxşı bilirik ki, İran bu yaxınlarda Azərbaycandan elektrik enerjisini idxal etməyə başlayıb. Bununla da Ermənistan faktiki olaraq çox əhəmiyyətli olan bazar itirir. Təbii ki, bu proses konvensiya imzlanmamışdan öncə başlayıb. Lakin Konvensiya bu üç ölkə arşında əməkdaşlığın daha dərinləşməsi üçün əlavə imkanlar açır. Konvensiya eyni zamanda ümumilikdə Xəzər bölgəsindəki antierməni lobbisi üçün də müəyyən siyasi çalar daşıyacaq və onun fəaliyyətinə zərbələr vuracaq”- Vaqe Davtyan qeyd edib.

Hazırladı Mürtəza
Avropa.info

Comment here