DünyaManşetMANŞETÜSTÜ

Erməni ordusunda 53 hərbçi yaralanıb.Sayı cox olsun

Erməni ordusunda 53 hərbçi yaralanıb

Erməni ordusunda 53 hərbçi yaralanıb2017-ci il ərzində Ermənistanın təmas xəttində təxribat törətməyə çalışan 50 hərbi qulluqçusu yaralanıb.
Fakttv.com ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prokurorluğunun yaydığı məlumatda bildirilib.

Məlumata görə, 2017-ci ildə Ermənistan silahlı qüvvələrində baş verən 80 ağır cinayət hallarından, 21 fakt təxribata cəhd zamanı ölüm, 53-ü isə (50 hərbi qulluqçu müxtəlif dərəcəli ağır bədən xəsarətləri, 3 hərbi qulluqçu isə yüngül dərəcəli bədən xəsarətləri alıb) yaralanma ilə nəticələnib.

Qeyd edək ki, Ermənistan müdafiə nazirliyi yaralılar haqqında adətən açıqlama vermir. Erməni KİV-lərinin məlumatına görə, 2017-ci ildə Ermənistan ordusunun 60 hərbi qulluqçusu ölüb. Ölənlərdən 25 hərbi qulluqçu döyüş itkisi, 35 hərbi qulluqçu isə qeyri-döyüş itkisi olaraq göstərilir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə erməni silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, erməni hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.

Fakttv.com(Coşqun Abdullayev)

Comment here