DünyaManşetMANŞETÜSTÜ

Erməni generalın arvadı da tutuldu – Ölkədə yeni qalmaqal

Erməni generalın arvadı da tutuldu – Ölkədə yeni qalmaqal

Erməni generalın arvadı da tutuldu
 
Ermənistanda hüquq-mühafizə orqanları Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal etmiş, Xocalı soyqırımının törədilməsində əli olan general Manvel Qriqoryanın həyat yoldaşı Nazik Əmiryanı həbs edib.

Fakttv.com femida.az-a istinadən xəbər verir ki, Nazik qanunsuz silah tədarükü və saxlanılmasında ittiham olunur. Onun həbsi ilə bağlı qərar bir neçə gün əvvəl elan edilsə də, generalın arvadı dünən axşam ələ keçirilib.

Qeyd edək ki, azərbaycanlı əsirlərə qarşı xüsusi amansızlığı ilə seçilən Manvel Qriqoryan bu yaxınlarda Dilqəm Əskərov və Şahbaz Quliyevin güllələnməsi təklifini də irəli sürmüşdü.

Comment here