DünyaManşetMANŞETÜSTÜ

Dünya bu dəhşətli hadisədən danışır – Səhər oyandı və…

Dünya bu dəhşətli hadisədən danışır – Səhər oyandı və…

Dünya bu dəhşətli hadisədən danışır - Səhər oyandı və...Amerikalı Adam Gonzales səhər oyandıqda nə uşaqlarını nə də həyat yoldaşını tanımayıb.

2016-cı ilin sentyabr ayında Raquel Gonzales otağına getdikdə həyat yoldaşı Adam Gonzalesin ona yad adam kimi baxdığını görüb.
Adam Gonzales “harda olduğunu bilirsən? Mənim adımı bilirsən?” kimi suallar verən həyat yoldaşına “yox” cavabı verib.

Raquel həyat yoldaşının onu və uşaqlarını xatırlamadıqda ağlamağa başladığını deyib. Sadəcə anasını xatırlayan Adama anası həyat yoldaşı Raquelin onu çox sevdiyini və ona güvənə biləcəyini deyib. Beləliklə Adam və Raquel yenidən bir-birini tanımağa başlayıblar.

Amma bir müddət sonra Adam həyat yoldaşını xoşlamadığını, çünki əslində Raqueli tanımadığını deyib. O gündən sonra Raquel hər gün həyat yoldaşı ilə maraqlanaraq ona həyatı yenidən öyrətməyə çalışıb.

2016-cı ilin dekabr ayında adam həyat yoldaşı ilə tanış olduqdan sadəcə 1 ay sonrasını xatırlayıb. Bir çox test edilsə də Adamın yaddaşını itirməsinin səbəbi müəyyən edilməyib. “Artıq evliliyimizdə daha əvvəl olmayan bir şirinlik var” deyən Raquel başlarına gələn bu fəlakətin əslində bir hədiyyə olduğunu bildirib.

Adam Gonzalesin 2001-ci ildə sevgilisi tərəfindən elektrik kabeli ilə boğularaq ölümə tərk edildiyi öyrənilib.

Xəstəxanaya yerləşdirilənə qədər qəlbi 3 dəfə duran Adam Gonzales 4 ay boyunca komada qaldığı məlum olub.

Yeriməyi və danışmağı yenidən öyrənən Adamın yaddaşı 2016-cı ilə qədər tam olaraq yerinə gəlməmişdi.

metbuat.az

Comment here