GündəmManşetMANŞETÜSTÜ

Dövlət sirri ilə bağlı qanun dəyişdirilir

Dövlət sirri ilə bağlı qanun dəyişdirilir

“Dövlət sirri haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.

Fakttv.com xəbər verir ki, bu haqda Milli Məclisin (MM) oktyabrın 30-da keçirilən plenar iclasında birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.

Onun sözlərinə görə, ölkə prezidenti tərəfindən göndərilən qanun layihəsində dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət edən orqanların siyahısı genişləndirilir.

Belə ki, dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən təşkil ediləcək.

Comment here