ManşetMANŞETÜSTÜ

Deputatımızın oğlu 3 il azadlıqdan məhrum edildi

Deputatımızın oğlu 3 il azadlıqdan məhrum edildi

Deputatımızın oğlu 3 il azadlıqdan məhrum edildiBu gün Nəsimi Rayon Məhkəməsində sabiq deputat hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda hökm elan edilib. Hökmə əsasən, Ə.Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən iclas prokuror çıxış edib. O, Ə.Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş Elbəy Mirzəyev məhkəmədə hər hansı şikayət və tələbinin olmadığını deyib və şikayət ərizəsini geri götürüb.

Ə.Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ə.Salahzadə “Azərsu”nun əməkdaşı Elbəy Mirzəyevi döyməkdə təqsirli bilinir.

Comment here