Sosial

Deputat: “Dövlət hər zaman şəhid ailələrinə, qazilərə və veteranlara böyük diqqət göstərir

“Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir”.

 

Bunu “Huquqaz.com”a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

 

Onun sözlərinə görə, dövlət tərəfindən şəhid ailələrinin və qazilərin mənzil-məişət şəraitləri yaxşılaşdırılır: “Şəhid ailələri və əlillərə mütəmadi olaraq mənzillər, yeni avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilir. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır”.

 

Deputat bildirib ki, belə dəstək tədbirlərindən biri də ötən gün parlamentdə müzakirə edilərək qəbul olunan Vergi Məcəlləsinə dəyişikliklərdə əksini tapıb: “Məcəlləyə edilən dəyişikliklərlə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib. Belə ki, dəyişikliklə Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib. Digər bir dəyişiklik isə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunublar”.

Comment here