Cəmiyyət

” Daş adam” – Leyla Yaşar

” Daş adam”

Nəfəsini bir az dərib , yoluna yenidən davam etdi. Deyilən yerə az qalmışdı.Hava qaralmaga dogru getsə də ,batmaq istəməyən günəş ,üz – gözünü “turşudub” dayanmışdı. Küçədəki səssizlik ,onun ayaqqablarının taqqıltısını yad qonaq kimi qəbul edirdi. Xəzəllər ayagının altında xışıldadıqca ona ləzzət edir , addımlarını yeyinlədirdi. O bu gün o müqəddəs yeri gedib görməliydi. Dildən dilə dolaşan ” daş adam” əfsanəsinin hardan qaynaqlandıgını heç kim bilmirdi. Soraqlaşıb öyrənmişdi.Həqiqətən də belə bir yer vardı. – Həqiqətənmi adam daşdan imiş? – deyə özünə sual verdi. Bu yaxınlarda onlara uzaq rayondan qonaq gələn əsgər yoldaşı Mətləb , onun hərdən cızma – qara etdiyini bilirdi.”Daş adam ” dan söhbət düşəndə ,bu haqda onların kəndində çox məlumatlı olduqlarını deyib ,özünün gəlib öyrənməsini tövsüyyə etmişdi. Avtobusdan Mətləbgilin kəndinin girəcəyində düşüb, Mətləbin dediyi istiqamətə gedirdi. Mətləbə zəng vurmaq üçün dayandı.Bir az nəfəsini dərdi. – Yaxınlıqda su olsa idi ,əl – üzümü yuyardım – deyib özü-özünə pıçıldadı. Mətləbə zəng vurub evin yerini soruşdu. Sən demə qonaq çagrıldıgı evin yaxınlıgında imiş. Mətləb ona gələrkən rastına çıxan bulaqda əl – üzünü yumagı məsləhət gördü. Aha ,budur ,uzaqdan qaraltı görsənir.Bir az da getsə bulaga çatacaq, ordan Mətləbə yenidən zəng vuracaqdı. Bulaga çatıb ,çantasını yerə qoydu. Dördgözlə bulaga tamaşa etməyə başladı. Divara yan – yana bir – birindən yaraşıqlı dörd cəngavərin şəkli vurulmuşdu.Bir – birinə bənzəyən igidlərin rəsmləri sanki canlı idi. Heyrət dolu baxışlarla oglanlara baxan Rəşadın gözü ,onlarla üzbəüzdə dizləri üstündə ,əlləri göyə dogru uzanmış , dagınıq saçlı qadın heykəlinə sataşdı. Rəşad burda çox dayana bilmədi. Əl – üzünə su vurmagı da unutdu.Dostuna zəng vurub , onu qarşılamagı xahiş etdi. Artıq dostugildəydi.Gəlişinin şərəfinə qoyun kəsmişdilər .Burdan ora stol açıb ,üstünü naz- nemətlə doldurmuşdular.Mətləbin sevincinin həddi – hüdudu yox idi.Əsgər yoldaşının gəlişinə həm sevinir,həm də fərəhlənirdi. Onun gəlişini eşidib , görməyə gələnlərin sayı getdikcə artırdı.Rəşad insanların səmimiliyə ,mehribançılıgına heyran qalmaya bilmirdi. Kəndin agsaqqallarından olan Fateh kişi onu bagrına basıb ,alnından öpdü. – Oglum,biz sizlərlə fəxr edirik. Mətləb ona göz vurdu: – Babayla mehriban ol ,bəlkə ” daş adam ” haqqında bir məlumat ala bildin. ” Daş adam ” haqqında əsər yazmaq niyyətində idi.Bu cavan oglan yaradıcılıga yeni – yeni addımlarını qoyurdu.Ona görə çalışırdı ki ,öz dəsti – xətti ilə digərlərindən seçilsin. Qonaqlıq gecə yarısına kimi davam etdi. Çöldəki havanın sızaqlıgını,evdə gurhagurla yanan odun peçi sındlrmaga çalışırdı.Hamı peçin qıragında dövrə vurub, maraq dolu baxışlarla Fateh babaya baxırdılar. Fateh kişi yastıga dirsəklənib ,dərindən bir ah çəkib danışmaga başladı. – Oglum ,yenə də xoş gəlmisən. Mətləb mənə danışıb sənin istedadın barədə .Çalışacam sənə kömək edim. Dərindən nəfəs alıb,gözlərini uzaqlara dikən Fateh babanın ,bu haqda danışmaqda çətinlik çəkdiyi açıq – aydın hiss olunurdu. – Bizim kəndin çox sakit ,səmimi ,mehriban insanları var.Hər kəs bir – birinə əl tutar, həm yaxşı ,həm dar günündə yanında olarlar. 1992- ci il idi. Bildiyin kimi dədə – baba torpaqlarımıza göz dikən mənfur qonşularımız müharibəyə yenidən başlamışdl.Vətənimizin hər yerindən oldugu kimi bizim kənddən də minlərlə cavan könüllü orduya yazılıb ,Vətəni qorumaga getmişdilər. Bir ailə vardı qonşuluqda .Çox sakit ,mədəni ailə idi. Öz halal zəhmətləri ilə uşaqlarını böyüdürdülər.Ailənin 4 ogulu vardı .Allah onları 10 il sonra vermişdi.Möcüzə idi.Bir – birindən yaraşıqlı bu igidlər ,müharibə başlayar başlamaz könüllü cəbhəyə yollandılar.Ata uşaqlar gedən günü ürək tutmasından keçindi.Yazıq ana nələr çəkdi ,bir Allah bilir. Günlərlə övladlarından xəbər tuta bilməyən ana,təklikdə darıxıb xısın – xısın aglasa da, insanlar arasında özünü tox tutur, ümüdlə uşaqların qayıdacagı günü gözləyirdi . Fateh kişi bir az ara verib ,bir qurtum isti çaydan agzına alıb ,armudu stakanı nəlbəkisinə qoydu. – Bizim samovar çayının dadı – tamı bir başqadı ,əsas da içində iyli limon ,yanında qənd olanda.- deyib gözünü yenə uzaqlara dikdi.Sanki nəyisə xatırlamaga qorxur,danışmaga çəkinirdi. Hə ,beləcə günlər keçib gedirdi. Cəbhədən agır xəbərlər gəlirdi. Fatma arvad hər gün qapının agzına çıxıb ,əli qoynunda övladlarını gözləyirdi. – Bir gün kəndə xəbər yayıldı.Elsəvər şəhid olmuşdu .Nəşini gətirəcəkdilər. – Həmən gün Fatma arvadı bir görsəydiniz. O acını yaşayan bilər.Allah düşmənimə də övlad acısı göstərməsin. Fatma arvad qol götürüb oynadı. Hamı dəli oldugunu düşündü .Yox ,yox ,dəli olmamışdı. – Bəs niyə? – Deyəcəm. Elsəvərin 7- si çıxmamış Ehtiramın şəhid olma xəbəri gəldi. Onu da gətirən də Fatma arvad qol götürüb oynadı.Çox agır mənzərə idi. İki oglunun cənazəsinə girən qəhrəman ana ,onları yoldaşının yanında dəfn etdirdi. Oglanların 4 – ünün də cəbhədə düşmənə qarşı qəhrəmanlıqla döyüşdüyünü ,neçə – neçə iti gəbərtdiyini bütün el – oba bilirdi.Fəxr ediləsi ogullar idi. Qalan iki oglundan:- Etibar və Ehtimaddan xəbər yox idi. Günlər keçdikcə Fatma arvadın beli bükülür,saçları agarırdı. Artıq atəşkəs elan olunmuşdu. Uşaqlardan heç bir xəbər ala bilməyən ana ,bir gün onları yuxuda gördüyünü bütün qohum – qonşuya sevinə – sevinə danışdı. Yuxusunda oglanlarının sag oldugunu ,əsirlikdə olduqlarını görmüşdü. Həqiqtən də uşaqlar əsir düşüblərmiş. Ana çox,qürurlu ,mətn qadın idi. Bir dəfə ondan niyə oglanlarını gətirəndə oynadın deyə sual verdilər.Cavabı bilirsiniz nə oldu? – Nə ? .- hər tərəfdən səs qalxdı. – Şəhid anası oldugum üçün oynadım . Sonralar Etibarın əsirlikdən ölüm xəbəri gəldi.Ehtimaddan heç bir xəbər olmadı. Ana yenə də səbrlə ,inamla həyata davam edir ,sonbeşik oglunun qayıdacagı günü gözləyirdi. Bir gün ananın oglanlarının adına bulaq tikiləsi oldu.Ana 4 oglunun şəklini də orda görmək istədiyini dedi.Bir oglunun sag oldugunu bilə – bilə onu şəhid sayan ananın xətrinə heç kim dəymədi. – Gələndə gördüyün bulaq həmən bulaqdı,bala. Hər gün bulagın yanına gedən ana ,orda əllərini göyə açıb ,öz -özünə nəsə danışırmış . Əlləri göydə ,dizləri yerdə elə ordaca gözlərini bu əbədi dünyaya yummuşdu.Orda gördüyün həmən qadın heykəli həmən ananın şərəfinə ucaldılıb. İllər keçdi Ehtimad əsirlikdən qaça bildi. Hamı təəccüblə Fateh kişiyə baxdı ; – Nəəəə? -Hə ,demişdim sizə xoş xəbərim var. Əsirlikdən qaçan Ehtimad kəndə qayıtmaga utanıb Rusiyaya üz tutur ,orda ailə qurur .Hal – hazırda bir oglu var.Adı Elsevərdi. – Ay Fateh baba,bizə bu haqda niyə deməmisən ? .Mətləb incik halda agzını büzdü. – Oglum, dedim dostuna danışım ,əsərinə yazsın. – Hələ bu harasıdı ,Elsevər bu gün sizlərin arasındadı. – Harda,harda? – Oglum ,bura gəl. Hündür gülərüz oglan otaga gəldi.Hamı heyranlıqla ,həmdə təəccüblə gah cavan oglana ,gah da Fateh babaya baxırdı. – Ehtimad mənim oglumla eyni şəhərdə yaşayır.Ehtimad orda vətənpərvər bir insan kimi tanınır.Əsirlikdə çox,əziyyətlər çəkib .Oglumla təsadüfən görüşüblər.Bir azərbaycanlı ailəni yangından xilas edibmiş.Oglum da bu qəhrəmanlıgı Ehtimadın etdiyini öyrənib , tapıb onunla görüşüb. Sonra da bunları mənə danışdı. Mən də Ehtimadı kəndə dəvət etdim . Sag olsun ,Elsevəri göndərib . Bir – bir hamıyla görüşən Elsevər, Fateh babanın yanında oturdu . Fateh baba üzünü Rəşada tutub: – Oglum bax, mükəmməl bir əsər yaz. – Hə ,yadımdan çıxmışdı,” daş adam” bilirsən kimdi? – Kim? – Həmin o Ana. 4 oglunu Vətənə qurban edən Ana .Allahın verdiyi o boyda dərdə mərdliklə dözən , oglanlarının şəkli önündə daşa dönən Ana. O gündən o bulagın adı ” Daş adam ” olaraq qalıb.

Comment here