Cəmiyyət

Dağlıq Qarabağ münaqişəsi artıq öz həllini tapıb və keçmişdə qalıb

Dağlıq Qarabağ münaqişəsi artıq öz həllini tapıb və keçmişdə qalıb.

Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan  hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı -İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq tarixi ədaləti bərpa etdi.
Dağlıq Qarabağ adlı münaqişə, Dağlıq Qarabağ məfhumu tarixə qovuşub. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə bu səhifə çevrilib. Bu səhifənin yenidən geri çevrilməsi üçün göstərilən bütün cəhdlər əbəsdir.İşğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq o bölgələr Azərbaycan dövlətinin vəsaiti, Prezidentin siyasi iradəsi ilə bərpa ediləcək, vətəndaşlarımızın normal həyatı üçün bütün addımlar atılacaq.
1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib. Azərbaycan ərazilərini işğal etmək məqsədilə həyata keçirilən hərbi əməliyyatlar hüquqi müstəvidə təcavüz kimi dəyərləndirilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı döyüşməsi, Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakı və həmin ərazilərdə yerləşdirilməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılması və s. kimi faktlar Ermənistanın münaqişədə tərəf kimi çıxış etdiyini sübut edir.
Cənab Prezidentimiz öz müsahibəsində bildirmişdir ki, münaqişə artıq öz həllini tapmışdır. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır.
“İşğal dövründə ermənilər qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar… Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin “parlamenti” binasının inşası yarımçıq qaldı. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev cümə günü mədəniyyət paytaxtı Şuşaya səfəri zamanı səsləndirib.
Beləliklə o, Dağlıq Qarabağın statusu məsələsinin onun gündəliyində olmadığını prezidentlər İlham Əliyev və Vladimir Putin və Baş Nazir Nikol Paşinyan arasında bu həftənin əvvəlində Moskvada keçirilmiş görüşdən sonra bir daha vurğulamış oldu.

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Rauf Salmanov

Comment here