ManşetMANŞETÜSTÜ

Dənizdəki qayıqdan tapılan meyitlər itkin düşən idmançılara aid imiş – FOTO

Dənizdəki qayıqdan tapılan meyitlər itkin düşən idmançılara aid imiş – FOTO

Dənizdəki qayıqdan tapılan meyitlər itkin düşən idmançılara aid imiş - FOTO“Neft Daşları yaxınlığında tapılan meyitlər 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirliyə məxsusdur”.

Fakttv.com xəbər verir ki, bu barədə goldnews.az-a itkin düşən gənclərin yaxınları məlumat veriblər. Bildiriblər ki, bu barədə müvafiq qurumlardan hər iki gəncin ailəsinə məlumat verilib.

Bildiriblər ki, onların tapılması barədə məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-3” gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.

Qeyd edək ki, aprelin 18-də Sumqayıt şəhərində yaşayan gənc idmançı 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirli itkin düşüb.

Onlar günorta saat 1 radələrində dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar.

Həmin gündən sonra onlardan bir daha xəbər alınmayıb.

Comment here