ManşetMANŞETÜSTÜ

Dəhşətli qəza: Bakı-Qazax yolunda sərnişin avtobusu aşdı – 20 yaralı

Dəhşətli qəza: Bakı-Qazax yolunda sərnişin avtobusu aşdı – 20 yaralı

Dəhşətli qəza: Bakı-Qazax yolunda sərnişin avtobusu aşdı – 20 yaralı

Bakı-Qazax yolunda sərnişin avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, avtobusda Tbilisidən Bakıya gələn 54 turist olub. Onlardan 20-yə yaxını xəsarət alıb.

Yük maşını və minik avtomobili ilə toqquşan avtobus yoldan çıxaraq kənardakı yaşıllıq zonasına girib.

***
Bakı-Qazax yolunda baş vermiş ağır qəza ilə bağlı bəzi məqamlar dəqiqləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, “KamAZ”a çırpılandan sonra aşan “Setra” markalı avtobus Gürcüstandan Bakıya gəlirmiş. Avtobus Hacıqabulun Pirsaat kəndi yaxınlığında qəzaya düşüb. İlkin məlumata görə, sürücü vəfat edib, xeyli insan xəsarət alıb.
Qəza zamanı avtobus aşandan sonra yenidən təkərləri üstünə qayıdıb.
Hadisə yerinə polis və ticili tibbi yardım briqadaları gəlib.
*****
Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, çoxlu sayda xəsarət alanların olduğu bildirilir.

Comment here