GündəmİdmanManşet

“Çox məyusuq, bu biabırçılıqdır”

“Çox məyusuq, bu biabırçılıqdır”

"Çox məyusuq, bu biabırçılıqdır"ABŞ yığmasının baş məşqçisi Bryus Arena DÇ-2018-in seçmə mərhələsində Trinidad və Tobaqo ilə keçirilən oyundan (1:2) sonra fikirlərini bildirib.

FAKTTV komanda.az-a istinadən xəbər verir ki, məğlub olan ABŞ yığması son 31 ildə ilk dəfə DÇ-yə vəsiqə qazana bilməyib. Bryus Arena bu nəticənin biabırçılıq olduğunu deyib. O, bütün məsuliyyəti öz üzərinə götürdüyünü də vurğulayıb:

“Çox məyusuq, bu, biabırçılıqdı. Biz Rusiyada keçiriləcək dünya çempionatını buraxa bilməzdik. Bütün məsuliyyəti öz üzərimə götürürəm.

Bu gün hər şey özümüzdən asılı idi. Bir xal bizi DÇ-yə aparacaqdı. Ancaq biz o bir xalı əldə etmək üçün ikinci qolu vura bilmədik”.

Comment here