ManşetMANŞETÜSTÜ

Çeçen əsilli Ukraynalı boksçu Bakıda saxlanılıb – Vəkildən açıqlama + VİDEO

Çeçen əsilli Ukraynalı boksçu Bakıda saxlanılıb -Vəkildən açıqlama

ademUkrayna Respublikasının vətəndaşı olan çeçen əsilli Magomed-Amin Saitov Bakıdan Moskvaya gedən zaman Beynəlxalq Hava Limanında saxlanılıb. Bu barədə tanınmış vəkil Adəm Məmmədov öz “facebook” səhifəsində məlumat verib. Magomed-Amin Saitovun hüquqlarının müdafiəsini öz üzərinə götürən vəkil Adəm Məmmədovun bildirdiyinə görə,  bu işin arxasında Ukraynanın daxili işlər naziri, milliyyətçə erməni olan Arsen Avakovun dayanmasına dair məlumatlar var: “Ukrayna Respublikasında peşəkar boks klubunun prezidenti olan Magomed-Amin Saitov  sabah ölkəmizdə keçirilən beynəlxalq boks yarışının təşkilatçısıdır. Bu səbəbdən də respublikamıza gəlmişdir. Şəxsi işləri ilə əlaqədar Moskva şəhərinə gedən zaman beynəlxalq hava limanında saxlanılmışdır.

Tutulmasına səbəb Ukrayna parlamentinin deputatı ilə aralarında Kiyev şəhərində küçədə anidən baş vermiş mübahisə olmuşdur”.

Adəm Məmmədovun “AzPolitika.info”ya bildirdiyinə görə, gün ərzində Magomed-Amin Saitov harda saxlanılmasını öyrənməyə çalışsa da, buna nail ola bilməyib:“Bütün günü Magomed-Amin Saitovun harda saxlanmasını müəyən edə bilmədim. Onun qohumlarına söz tapıb deyə bilmirəm. Deyə bilmirəm ki, hərdən bizim hüquq mühafizə orqanlarında belə şeylər olur. Uzun çəkən mübarizədən sonra Baş Prokurorluqdan bu işin Azərbaycan Respublikası DİN-nin Baş Cinayət Axtarış idarəsində araşdırıldığını öyrəndim. Mənə maraqlıdı, görəsən müvəkkilimlə görüşə biləcəyəmi?

Ukrayna mətbuatının yazdığına görə bu Rusiya dövləti tərəfindən onların ölkəsinə qarşı yönəlmiş təxribatdır. Magomed-Amin Saitov Bakıda tutulması isə şəxsən Ukraynanın daxili işlər naziri, milliyyətçə erməni olan Arsen Avakovun təşəbbüsüdür”.

AzPolituka.info

 Fakttv.com

Comment here