DünyaManşetMANŞETÜSTÜ

Çavuşoğlunun bəyanatı Moskvanı qəzəbləndirdi

Çavuşoğlunun bəyanatı Moskvanı qəzəbləndirdi

Çavuşoğlunun bəyanatı Moskvanı qəzəbləndirdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Avropa ölkələrinin Krımı yaddan çıxarması və bu ərazinin Rusiya tərəfindən işğal olunması barədə səsləndirdiyi fikirlər Moskva tərəfindən qəzəblə qarşılanıb.

Fakttv.com xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev Çavuşoğlunun bu bəyanatını Moskva ilə Ankara arasındakı əlaqələrin yaxşılaşmasına mane olan addım kimi dəyərləndirib.

“Türkiyə hazırda Qərb tərəfindən ölkədəki siyasi islahatlarla, digəri isə Suriyada kürdlərə qarşı apardığı mübarizəyə görə böyük təzyiq altındadır. Bu baxımdan da nazirin bəyanatını bir növ Qərbin diqqətini Rusiya üzərinə çəkməklə yayındırıcı manevr cəhdi ikimi qiymətləndirmək olar”– deyə, Kosaçev bildirib.

Onun sözlərinə görə, əgər ortada belə bir yanaşma varsa, bu, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasına xidmət etməyəcək: “Hesab edirəm ki, xarici təsirlər iki ölkənin milli marqlarına ziyan vurmamalıdır və buna uyğun siyasət qurulmamalıdır”.

 

Comment here