DünyaManşetMANŞETÜSTÜ

Çavuşoğludan ABŞ-a sərt bəyanat: “Verməzsə, başqa yerdən alarıq”

Çavuşoğludan ABŞ-a sərt bəyanat: “Verməzsə, başqa yerdən alarıq”

Çavuşoğludan ABŞ-a sərt bəyanat: “Verməzsə, başqa yerdən alarıq”

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu iyunun 4-də ABŞ-a nəzərdə tutulan səfəri barədə jurnalistlərə məlumat verib.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər zamanı Suriyadakı durum, Mənbiç ətrafındakı vəziyyət, PKK-YPG məsələsi müzakirə ediləcək.

“YPG terror təşkilatı Mənbiçdən çıxacaq və Türkiyə ora nəzarət edəcək. ABŞ Qəndildə əməkdalıq əlaqələri qurmaq istəyir. Əgər alınarsa və razılıq olarsa, bu əməkdaşlıq modeli Şimali Suriyada tətbiq ediləcək. Mən ABŞ-ın PKK-YPG ilə əlaqələrinin kəsilməsi arzusundayam”, – deyə M. Çavuşoğlu bildirib.

F-35 qırıcılarının Türkiyəyə təhvil verilməsini gəldikdə isə Çavuşoğlu deyib ki, burada hər hansı narahatlıq doğuracaq məsələ yoxdur: “Bununla bağlı iki ölkə arasında hüquqi sənəd imzalanıb. Ona görə də bu hüququ sənədən imitan etmək elə də asan məsələ deyil. Təyyarələr verilməzsə. O zaman ehtiyacımızı başqa yerdən qarşılayacağıq”.

Nazir həmçinin Qüdslə bağlı Ankaraya çağrılan Türkiyə səfirinin Vaşinqtona qayıdacağını da bildirib.

 

Comment here