GündəmManşetMANŞETÜSTÜ

Çavuşoğlu: “Qüdsün qorunması üçün hərbi birlik göndərəcəyik”

Çavuşoğlu: “Qüdsün qorunması üçün hərbi birlik göndərəcəyik

Çavuşoğlu: “Qüdsün qorunması üçün hərbi birlik göndərəcəyik”

Fələstinli qardaşlarımızın və Qüdsün qorunması üçün oraya beynəlxalq bir hərbi birlik göndərəcəyik.

Avropa.info-nun məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“İslam dünyası ilk dəfə bir qərar aldı. Fələstinli qardaşlarımızın və Qüdsün qorunması üçün oraya beynəlxalq bir hərbi birlik göndərəcəyik. İsrail bundan sonra istədiyi zaman qardaşlarımıza hücum edə bilməyəcək.
Məhz Amerikanın aldığı qərarı, Qüdsü İsrailin paytaxtı etmək qərarını qəbul edə bilərikmi? Dünya bunu qəbul etmir, biz də qəbul etmirik. Amma hamı bizim kimi mərd deyil, bizim kimi səsini çıxarmır. Doğrunu nə vaxt deyəcəyik, öldükdən sonra deyəcəyik? İnsan hər gün qorxudan ölə bilərmi? İnsan bir dəfə ölər, min dəfə ölməz.” deyə Çavuşoğlu qeyd edib.

 

Avropa.info

Comment here