CəmiyyətMANŞETÜSTÜ

Cavid Süleymanovdan Qurban bayramı təbriki

 

Cavid Süleymanovdan Qurban bayramı təbriki

Bu gün Azərbaycanda islam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.Musteqil.az  informasiya  agentliyinin baş redaktoru Cavid Süleymanov Qurban bayramı münasibəti ilə bütün müsəlmanları təbrik edib.

Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü Məkkədə Həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

İslam dini böyük inama, Uca Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də islam dini Allahın adından buyurdu ki, insanın əvəzinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi, qurbanlıq heyvan kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onun ildə bir dəfə – Zilhiccə ayının 10-da keçirilməsi qanuniləşdirildi.

Quranda deyilir: “Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (Zilhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!”(Quran, 5-ci surə, 97-ci ayə).

Comment here