MANŞETÜSTÜSosial

Bütün İngiltərə Nərgiz Paşayevadan danışdı

Bütün İngiltərə Nərgiz Paşayevadan danışdı

Bütün İngiltərə Nərgiz Paşayevadan danışdıMoskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse- prezidenti, Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi mərkəzinin (www.orinst.ox.ac.uk/ nizami- ganjavi-programme-study-languages-and-cultures- azerbaijan-and- caucasus) Azərbaycan tərəfdən rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun (www.bfsac.org.uk) Qəyyumlar Şurasının sədri akademik Nərgiz Paşayeva Oksford Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilər Komitəsinin üzvlüyünə təntənəli sürətdə qəbul edilib.

Virtualaz.org Moskva Dövlət Universiteti Bakı filialının mətbuat xidmətinə istinadən bildirir ki, Oksford Universitetinin Kansleri Lord Patten Barnesin dəvəti ilə oktyabrın 11-də professor Nərgiz Paşayeva Kanslerin Xeyriyyəçilər Komitəsinin 28-ci illik xüsusi mərasimində həmin şərəfli titulu qəbul etmək üçün iştirak edib.

Bildirilir ki, bununla yanaşı, diqqətləri çəkən və Oksford Universiteti tarixinə yazılan bir qərarın seremonial icrası da baş tutub. Belə ki, Oksford Universiteti rəhbərliyinin və Elmi Şurasının qərarı ilə Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adı Kanslerin Xeyriyyəçilər Komitəsinin daimi üzvü kimi dünya şöhrətli alimlər, ictimai xadimlər və nüfuzlu təşkilatlarla yanaşı, XVII əsrə aid Klarendon binasının Arkasında (www.oxfordhistory.org.uk/broad/buildings/south/clarendon.html) Xatirə Lövhəsinə həkk olunub.

Comment here