ManşetMANŞETÜSTÜ

Bu sözlərim kobud səslənə bilər, Tramp… – Putindən etiraf

Bu sözlərim kobud səslənə bilər, Tramp… – Putindən etiraf

Rusiya ABŞ siyasətçiləri və biznesmenləri ilə bağlı kompromata sahib deyil.

Fakttv.com Axar.az-a  istinadən xəbər verir ki, bunu “Foks Nyus” televiziyasına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.

“Mən prezident Trampın xətrinə dəymək istəmirəm. Mənim sözlərim kobud səslənə bilər. Tramp prezidentliyə namizədliyini irəli sürməzdən əvvəl bizim üçün heç bir maraq kəsb etmirdi. O əvvəllər sadəcə varlı adam idi və ABŞ-da belələrinin sayı kifayət qədər çoxdur. O, tikinti biznesində idi, gözəllik yarışları təşkil edirdi. Kimin ağlına gələrdi ki, o nə zamansa prezidentliyə namizəd olacaq.

Siz düşünürsünüz ki, bizim xüsusi xidmət orqanları faktiki olaraq bütün varlı adamlarınıza qarşı izləmələr aparıb. ABŞ-dan fərqli olaraq biz bunu etmirik. Bunun üçün yetərli resurslarımız yoxdur. Belə total nəzarəti həyata keçirmək üçün sadəcə adamlarımız çatmır” – deyə o bildirib.

Fakttv.com

 

Comment here