DünyaManşetMANŞETÜSTÜ

Bu ölkədə vulkan püskürdü: 56 ölü, 33 itkin – Foto

Bu ölkədə vulkan püskürdü: 56 ölü, 33 itkin – Foto

Bu ölkədə vulkan püskürdü: 56 ölü, 33 itkin – Foto

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində 25 nəfər həlak olub.

Fakttv.com axar.az-a istinadən xəbər verir ki, bu barədə BBC informasiya yayıb.

Məlumata görə, vulkanın əmələ gətirdiyi lava axını El Rodeo kəndində evləri dağıdıb, insanlar lavalardan yanaraq ölüb, onlarla yaralı var. Ölən və yaralananlar arasında xilasetmə xidmətinin əməkdaşları da olub. Vulkan püskürməsi nəticəsində yaranan zəhərli qazlardan qorunmaq üçün insanlara maska ilə gəzmələri tövsiyə olunub.

Təbii Fəlakət Agentliyinin direktoru Sergio Qarsiya Kabanas vulkan püskürməsindən ümumilikdə 1.7 milyon insanın təsir gördüyünü bildirib. 3100 nəfər evlərindən təxliyə edilib.

***

Vulkan püskürməsi nəticəsində yaralı sayının yüzlərlə olduğu bildirilir.

Hadisə şahidlərinin ifadələrinə görə, lavaların cənginə aldığı kəndlərdə yaşayanların əksəriyyəti qaça bilməyib və diri-diri yanaraq can veriblər.

***

Qvatemalada iyunun 3-də başlayan vulkan püskürməsi nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb, 33 nəfər itkin düşmüş sayılır.

Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb.

Comment here