ManşetMANŞETÜSTÜ

Bu gün “Report” İnformasiya Agentliyinin əməkdaşı, gənc jurnalist İlkin Pirəlinin doğum günüdür.

Bu gün “Report” İnformasiya Agentliyinin əməkdaşı, gənc jurnalist İlkin Pirəlinin doğum günüdür.

Modern.az jurnalistdən doğum günü münasibəti ilə bağlı aldığı müsahibəni təqdim edir:

– İlkin bəy, neçənci doğum gününüzü qeyd edirsiniz?

– Yaş artıqca müəyyən kompleks yaranır. Bunu açıq etiraf lazımdır. İnsan gənclik illərini tərk etmək istəmir. 29 yaşım tamam olur. Sonuncu gənclik yaşımdır.

– Bu günü necə keçirəcəksiniz?

– Dostlar sağ olsun, elə ətrafımda onlar olur. Dostlar bizim qazancımızdır. O qazanc ki asanlıqla əldə olunmur. Təmtəraqlı keçirməyin əleyhinəyəm. Doğum günümü həmişə sadə bir ortamda qeyd etmişəm. Bu il bir qədər fərqli oldu, toya hazırlaşıram deyə qeyd etməyi arxa plana keçirdim. Açığı vaxtım yoxdur. Yəqin, başa düşərlər.

– Artıq uzun müddətdir, mətbuatdasınız. Bu sahəyə gəlişiniz, hazırkı durumunuzla bağlı təəssüratlarınız bizə maraqlıdır.

– 2009-2010-cu illərdə vəziyyət bir qədər fərqli idi, o zaman qismən də olsa, stimulverici məqamlar olurdu. Hazırda jurnalistika ehtiyac duyulmayan bir sahəyə çevrilib, perspektiv yoxdur. Öncədən belə olacağını bilsəydim, başqa fakültə seçərdim, daha uğurlu işlə məşğul olardım. Təəssüflər olsun… Bu sahə həm də elə bir sahədir ki, başladınsa, bitirə bilmirsən. Ümumilikdə isə umumi durumum normaldır. Yəni burdayıqsa, gərək çalışaq, işləyək, ortaya nəticə qoyaq.

 – Nə vaxtsa, jurnalistikadan getməyi düşünmüsünüzmü? Gələcəkdə belə istəyiniz yaranarsa, hansı sahəyə üz tutarsınız?

– Əlbəttə. Hər şeyin limiti var, gərək zamanında yerdəyişmə edə biləsən, hətta geri çəkilməyi bacarmalısan. İkiəlli yapışıb qalmaq çox mənasızdır. Azərbaycanda jurnalistika gənclərin sahəsidir, keçicidir yəni. Biz də zamanında getməliyik ki, bizdən daha gənc kadrlar gələ bilsin. Bu sahə saçağardası sahə deyil. Bizneslə məşğul olmağı düşünürəm. Zamanla hər şey həllini tapacaq.

– Gələcək planlarınız, işinizlə, şəxsinizlə bağlı reallaşdırmaq istədiyiniz addımlar varmı?

– Hələ ki çalışıram, işlə bağlı ciddi bir planım yoxdur. Olsa belə, qəfil açıqlanacaq bir şey olar, yəqin. Şəxsi, ailə ilə bağlı planlarım var, bu da məişət xarakterlidir.

 

Aysel Aslan

Comment here