ManşetMANŞETÜSTÜ

BU GÖZƏL ƏNƏNƏ, ŞƏRƏFLİ YOLDUR

Fakttv.com Daxili İşler Nazirliyinin rəsmi səhfesine istinadən xəbər verir ki,mənə görə ədalətli insan olmaq ən yüksək dəyərdir.Düşünürəm ki, polis əməkdaşları bu dəyəri qəlbində yaşadan, xidmətdə rəhbər tutan insanlardır. Mənim atam da polis olub, ondan çox şey öyrənmişəm. Doğrudur, polis peşəsinin çətinlikləri də çoxdur və həm də şərəfli peşədir. Atamdan öyrəndiklərim xidməti fəaliyyətim dövründə çox köməyimə gəldi.” – Həmsöhbətim polis veteranı Elbrus Zalovla ünsiyyət zamanı onun ailəsinin, necə deyərlər, əsl polis ailəsi olduğunu anladım. E.Zalov 1965-ci ildə Zərdabda anadan olub. Orta məktəbi bitirib, hərbi xidmətə yollanıb. Xidmətdən qayıtdıqdan sonra Mingəçevir Politexnik texnikumununun avtomobil-nəqliyyat istismarı fakültəsində təhsil alıb. 1989-cu ildə Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində inspektor kimi fəaliyyətə başlayıb. O, keçmişi belə xatırlayır: “Hələ uşaq vaxtlarımda atamın formasını geyinib, fikirləşirdim ki, bir gün mən də polis olacağam. Vaxt, zaman keçdi, atam 1986-cı ildə təqaüdə çıxdı, cəmi 3 il sonra isə polis sıralarına qəbul olundum. Çox xoşbəxt idim, uşaqlıq arzuma çatmışdım, çünki mən də atam kimi polis olmuşdum və onun yolunu davam etdirdim.” Həmsöhbətim 2007-ci ildə təqaüdə çıxıb. Bir zamanlar atasının yolunu davam etdirdiyi kimi indi onun övladları Yusif və Yunis bu şərəfli yolda babasının və atasının davamçılarıdır. Aslan Qiyaslı polis leytenantı.

 

Paylaş:Fakttv.com

 

Comment here