ManşetMANŞETÜSTÜ

“Bir maşın erməni başı gətirəcək deyənlər, mitinqdə ön sırada dayanmışdılar”

“Bir maşın erməni başı gətirəcək deyənlər, mitinqdə ön sırada dayanmışdılar”

"Bir maşın erməni başı gətirəcək deyənlər, mitinqdə ön sırada dayanmışdılar"“Son dövrlərdə bir qrup insan Dağlıq Qarabağ adı altında müxtəlif kütləvi aksiyalar keçirir. Qarabağla heç bir bağlılığı olmayan insanların bu məsələni ortaya atması, erməni dəyirmanına su tökməklə yanaşı, cəmiyyətdə çaşqınlığa xidmət edir”.

Fakttv.com Sonxeber.az -a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Deputat qeydb edib ki, Birinci Qarabağ münaribəsində hər bir azərbaycanlı döyüşüb, mübarizə aparıbsa, bu, hər zaman belə də olacaq: “Burada mənim sənin məsələsi ola bilməz. Bu məsələ ilə kimlərəsə terrr etməyə hüquq verilməyib. 1 milyon qaçqına təhdid etməklə nəyə xidmət edirlər? Bu gün onlar üçün evlər, mənzillər tikilir. Təbii ki, onlar öz yurd-yuvalarına qayıdacaqlar. Lakin onları mənəvi terrora məruz qoymağa, onları aşağılamağa heç kimə hüquq verilməyib. Milli Məclis üzvləri və hər kəs bilir ki, DQ münaqişəsi hər hansı futbol meydançasında keçirilən mitinqlə həll olunan məsələ deyil. Dağlıq Qarabağ məsələsi Ali baş Komandanın rəhbərliyi, beynəlxalq hüquq çərçivəsində, qanuni yolla azad olunacaq. Biz problemin sülh yolu ilə həllinə çalışırıq, olmayacağı təqdirdə hərbi yola əl atacağıq. Görəsən indi etiraz edənlər bu münaribədə iştirak eədəcəklərmi? O mitinqi edənlərin övladları gəlib orada iştirak edəcəklərmi? Necə ki vaxtilə bir maşın erməni başı gətirəcək deyənlər, həmin mitiqndə ön sırada dayanmışdılar. Çünki, onlar bulanıq suda balıq tutmağa çalışırlar. Azərbaycanın ərazi bütövlüyü onlar üçün əsas şərt deyil, onlar üçün əsas şərt belə oyunlarda oyunbazlıq etməkdir. Azərbaycan xalqı da bunu görür və bunun nəticəsi olaraq da, həmin insanları baykot edir. Çünki, məhz həmin insanların ucbatından bu gün qaçqın və məcburi köçkünlər öz torpaqlarını itiriblər, evlərindən didərgin düşüblər. Bu şəxslər Dağlıq Qarabağ adı altında insanların hisləri ilə oynamsınlar”.

Dağlıq Qarabağla bağlı məslənin hər zaman diqqətdə saxlanıldığını deyən deputat səyləyib ki, Azərbaycan prezidenti bu istiqamətdə işlər görülür: “Bütün beynəlxalq təşkilatlarda nəinki işğal olunmuş ərazilər, eyni zamanda vaxtilə Azərbayana aid olan torpaqlarla bağlı həqiqətlər dünyaya çatdırılır. Azərbaycan prezidenti danışıqlarla bağlı mütəmadi olaraq vətəndaşlara hesabat verir. İstər forumlarda, istər də regionlara səfərləri zamanı hər zaman Dağlıq Qarabağ məsələsinə toxunur. Bu, ictimaiyyətə bəllidir. İctimaiyyət də bu il keçirilən prezident seçkilərində Ölkə başçısına yekdilliklə səs verərək bu hüququn yalnız Prezidentə aid olduğunu təsdiqləmiş oldu”.

S. Novruzov qeyd edib ki, Dağlıq Qarabağla əlaqədar ən kəskin müasibət cənab prezident tərəfindən göstərilir: “Azərbaycan xalqının verdiyi mandatla problemin həlli istiqamətində məsələlər davam edir. Qarabağ bütün azərbaycanlılarındır. Azərbaycan bütün danışıqlarda, ordunun gücləndirilməsində bu məsələyə hazırlığını sübut edir və ortaya qoyub. Bu il ölkədə keçirilən iki hərbi parad buna nümunədir. Azərbaycan sülh tərəfdarı olduğunu yalnız olmadığı təqdirdə hərbi yola əl atdığını hər zaman açıqlayıb. Lakin bundan sui-istifadə edənlər, torpaqlarından didərgin düşən qaçqın və məcburi köçküblərə çağırış edərək onları mənəvi terrorla üz-üzə qoyurlar”.

Fakttv.com

Comment here