ManşetMANŞETÜSTÜ

Bir generalın səfəri ilə məğlub edilən Ermənistan – Mürtəza Bünyadlının yazısı

Bir generalın səfəri ilə məğlub edilən Ermənistan – Mürtəza Bünyadlının yazısı

Bir generalın səfəri ilə məğlub edilən Ermənistan – Mürtəza Bünyadlının yazısı

Son günlərdə Ermənistanda səs-küylü həbslər, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibi Yuri Xaçaturovun həbsi Moskvanın səbr kasasını dolurdu. Moskva KTMT baş katibinin həbs məsələsi gündəmə gələnədək proseslərə diplomatik kanallar vasitəsi ilə münasibət bildirirdisə, lakin Yuri Xaçaturovun həbsi gündəmə gəldikdən sonra buna təhəmmül etməyərək, öz sərt mövqeyini ortaya qoydu və İrəvana tərs şillə vurdu.

Lavrovun səsləndirdiyi bəyanat İrəvanda sanki bir dağıdıcı bombanın partlaması effektini verdi. Moskvanın səbr kasasının dolmasına səbəb Xaçaturovun həbsi məsələsi deyil, onun Rusiyanın önəmli siyasi hərbi blokunun baş katibinin həbsinə olan etirazı idi.

KTMT-yə 6 ölkə üzv olmasına və quruma rəhbərlik rotasiya prinsipi əsasında həyata keçirilməsinə baxmayaraq, bu təşkilatın Rusiyanın layihəsi olduğunu hamıya aydındır. Rusiya bu təşkilatın yaranmasında və fəaliyyətinin sürdürməsində müstəsna rola malikdir. Hələ onu demirəm ki, zamanında Moskva İrəvanın bu quruma rəhbərlik etməsinə hansı qısqanclıqla yanaşdı və onun nümyəndəsini hansı şərtlər daxilində baş katib postuna gəlməsinə razılıq verdi.

Odur ki, KTMT çərçivəsində baş verən proseslərə, Xaçaturovun da həbs məsləsinə birbaşa Rusiyanın hərbi-siyasi və təhlükəsizlik prizmasından yanaşmaq lazımdır. Ona görə də Moskva Ermənistanın yeni rəhbərliyinin Xaçaturovu həbs etdirmək planı birbaşa Rusiyanın hərbi-siyasi maraqlarına zidd hesab olunmaqla yanaşı, ona hansısa vassal bir ölkənin sataşması kimi qiymətləndirdi. Bundan sonra Moskvanın sərt reaksiyası ilə üzləşən Ermənistanın yeni hakimiyyəti sarsılmış bir duruma düşüdü. Hətta ölkədə sıxışdırılan Sarkisyan hakimiyyətinin təmsilçiləri özlərində güc toplayaraq, Paşinyan hakimiyyətinə müqavimət göstərərək revanş əldə etməyə başlayıblar.

Əgər Serj Sarkisyan və Robert Köçəryan tərəfdarları Lavrovun bəyantınadək gözləmə mövqeyi nümayiş etdirirdisə, ondan sonra Respublikaçılar Partiyasından olan 50-dək deputat Köçəryanın həbs edilməsinə etiraz edərək, onun zaminə buraxılmasını tələb edir.

Lavrovun bəyanatının ardınca isə Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin İrəvana bir neçə saatlıq səfər etməli oldu və orada müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnaçakyanla görüşərək onlara vəziyyəti “başa düşdükləri” izah etdi.

Son dövrlərdə İrəvan-Moskva münasibətlərinin böhran həddinə çatması təkcə erməni mediasında deyil, eyni zamanda Rusiya mediasına öz əksini tapmaqdadır.

Elə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fominin də İrəvana bir mneçə saatlıq səfəri günlərdir ki, erməni və rus mediasının gündəmindədir. Hər iki ölkənin mediası qeyd edir ki, Fominin İrəvanda Ermənistanın yeni rəhbərliyinə ciddi xəbərdarlıq etdiyi və proses belə davam edərsə, bunun bədəli ağır ola bilər.

Rusiyalı nazir müavini bir daha İrəvanın diqqətinə çatdırıb ki, Ermənistanın bir dövlət kimi mövcudluğuna görə Kremlə minnətdar olmalıdır, əks təqdirdə vəziyyət tam əksinə ola bilər. Bunu Ermənistan liderləri də mövcudluqlarına görə Rusiya minnətdarlıqlarını bəyan ediblər. Bəyan ediblər ki, Rusiya olmazsa, Ermənistan bu gün Azərbaycanın qarşısında tab gətirə bilməz.

Rusiyanın “Kommersant” qəzeti yazıb ki, yeni hakimiyyət Moskvaya “dirsək” siyasətini davam etdirib, onun maraqlarına qarşı çıxarsa, cəzası ağır olacaq.

Nazir müavini Paşinyan komandasının diqqətinə çatdırıb ki, Rusiyanın səxavətli silah –sursat və hərbi yardımından məhrum ola bilər.

Mətbu orqanın yazdığına görə, bu gün Rusiyanın hərbi dəstəyi olmazsa Ermənistan Azərbaycanla təkbaşına nəinki qarşı-qarşıya dayana bilməz, bir dövlət kimi mövcudluğu sula altında ola bilər.

Fomin erməni nazirlərin diqqətinə çatdırıb ki, bu gün Azərbaycan nağd pulla Rusiya, İsrail, Belarusdanən müasir silahlar alır. Digər tərəfdən isə Türkiyə ilə müttəfiqdir. Lakin Ermənistana silahları Rusiya verir. Ermənistanın Rusiyaya borcu günbəgün artmaqdadır.

Rusiyanın digər mətbu orqanı olan “Vzqlyad” isə son günlərdə İrəvan-Moskva münasibətlərinə toxunaraq “Bir generalın səfəri ilə Ermənistan üzərində qələbə çalan Rusiya” məqaləsində isə qeyd edilir ki, Rusiya bir generalın gücü Ermənistanı susdurdu. Mətbu orqanı onu da qeyd edib ki, Ermənistanın Moskvanın verdiyi kreditlə Rusiyadan silah alır: “Rusiya sonuncu dəfə silah almaq üçün 2017-ci ildə Ermənistana 100 milyon dollar kredit ayırıb.

Mətbu orqanı qeyd edir ki, İrəvan general Fominin səfərindən sonra siyasətində dəyişiklik hiss olunmaqdadır. Bəli, İrəvan artıq anlayır ki, istənilən halda, dalana dirənib və bundan çıxış yolu yoxdur. Paşinyan hakimiyyəti də, Ermənistan dövlətçiliyi də təhlükə qarşısındadır. Rusiyanın vassalığından qurtarmağa can atsa da, daha ciddi formada vassallığa doğru sürüklənir. Odur ki, Ermənistanı qarşıdakı dönəmdə daha ciddi proseslər gözləyir və ölkədəki böhran da dərinləşməkdə davam edir. Ermənistandakı siyasi, sosial-iqtisadi böhran ölkədə daha ciddi fəsadlara yol açacaq.

Mürtəza Bünyadlı 

Comment here